Icma.az
close
up
RU
Bu ağac dünyadakı ən zəhərli bitkilərdəndir Cəmi 50 qram yarpağı insanı öldürə bilər

Bu ağac dünyadakı ən zəhərli bitkilərdəndir Cəmi 50 qram yarpağı insanı öldürə bilər

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yer üzündə elə bir ağac var ki, onun cəmi 50 qram yarpağı bir neçə saat ərzində insanın ölümünə səbəb ola bilər. 

Qaynarinfo xəbər verir ki, bu ağaclardan biri də Avropa tisidir – elmi adı Taxus baccata-dır. Böyük Britaniyada və Şimali Avropanın digər ölkələrində olduqca geniş yayılmış bu ağac həm qədimliyi, həm də zəhərliliyi ilə seçilir.

Tis - ölümcül gözəllik və qədimlik

Britaniyada tis ağacı ənənəvi olaraq kilsə həyətlərində və qədim bağlarda əkilir. Bu, onun həm müqəddəslik simvolu kimi qəbul edilməsilə, həm də heyvanları qorxudaraq həmin ərazilərdə otarmağa mane olması ilə əlaqələndirilir. "Discover Wildlife" portalının yazdığına görə, tis Böyük Britaniyanın üç yerli iynəyarpaqlı ağac növündən biridir (digərləri – adi şam və ardıc). Tis ağacının taxtasından orta əsrlərdə ox və yay düzəldilirdi.

2022-ci ildə Veyverli-Abbeydəki tis Woodland Trust tərəfindən "İlin ağacı” seçilmişdi.

Tisin hansı hissələri zəhərlidir?

Bu ağacın demək olar ki, bütün hissələri – yarpaqları, toxumları və qabığı da daxil olmaqla – "taksin” adlı zəhərli alkaloid maddəni ehtiva edir. Cəmi 50 qramlıq doza yetkin insan üçün ölümcül ola bilər. Daha az miqdar isə ciddi mədə-bağırsaq pozğunluqları yaradır.

Tis toxumunun içi də son dərəcə zəhərlidir. Amma toxumu əhatə edən qırmızı rəngli meyvə hissəsi şirin və yeyilə biləndir. Lakin toxumun udulması təhlükəli olduğu üçün meyvəni yeməzdən əvvəl mütləq çıxarılmalıdır. Mütəxəssislər ümumiyyətlə bu meyvəni yeməməyi tövsiyə edir.

Tis ağacları neçə il yaşayır?

Tis ağacları minilliklər boyu yaşaya bilir və Şimali Avropada ən qədim yerli ağac növü hesab olunur. Böyük Britaniyada yaşı 900 ildən artıq olan ondan çox tis ağacı mövcuddur. Bu ağaclardan bəzilərinin eramızın X əsrindən əvvəl əkildiyi güman edilir.

Şotlandiyanın Fortinqall kəndində yerləşən tis ağacı dünyanın ən qədim ağaclarından biri hesab olunur. Onun yaşı ilə bağlı fərqli rəqəmlər irəli sürülsə də, alimlərin ortaq qənaətinə görə, bu ağac təxminən 5000 yaşındadır.

Tis ağacını necə tanımaq olar?

Tisin yarpaqları dar, yaşıl və uc hissəsi iti şəkildədir. Mart-aprel aylarında çiçəkləyir və bu zaman dişi və erkək ağaclar fərqli çiçəklər əmələ gətirir: erkək çiçəklər sarımtıl-ağ, dişi çiçəklər isə əvvəlcə yaşıl, sonra isə qəhvəyi rəngə çevrilir.

Tohumlar (toxumlar) qırmızı rəngli, giləmeyvəyə bənzəyən bir quruluş olan aril tərəfindən əhatə olunur. Bu da digər iynəyarpaqlı ağaclardan fərqli olaraq tis ağacını xüsusi edir.

Bu meyvələrlə sincaplar, siçanlar və bir sıra quş növləri, xüsusilə qaratoyuq və başqa drozdlar qidalanır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:290
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 İyul 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri