Bu ailələr sabah Şuşaya köçəcək 48 AİLƏ…
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Dekabrın 4-də Şuşa şəhərinə növbəti köç olacaq. Bəs görəsən bu dəfə Şuşaya hansı ailələr köçəcək?
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev Moderator.az-a bildirdi ki, sabah Şuşaya köç baş tutacaq:
“Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Şuşa şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu mərhələdə Şuşaya daha 48 ailə, 164 nəfər köçürüləcək. Köçürülən ailələr respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pansionat, kitabxana, tikintisi yarımçıq qalmış bina, zirzəmi, başqa vətəndaşlara məxsus mənzillər, kirayə və qohum evlərində məksunlaşıb. Köçürülən ailələr işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə məskunlaşacaqlar”.
Baxış sayı:51
Bu xəbər 03 Dekabr 2024 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















