Bu antibiotiklər 8 yaşdan kiçik uşaqlara verilməməlidir İnfeksionistdən xəbərdarlıq
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Antibiotiklərin yaşa görə müəyyən əks göstərişləri də mövcuddur".
Redaktor.az xəbər verir k, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirdi.
Onun sözlərinə görə, tetrasiklin qrupu antibiotiklər 8 yaşdan kiçik uşaqlara verilməməlidir.
"Fluorxinolonlar isə xüsusi tibbi göstəriş olmadığı halda 18 yaşınadək təyin edilmir. Bu əks göstərişlərin hər biri mütləq şəkildə nəzərə alınmalıdır.
Antibiotiklərin digər dərmanlarla birlikdə istifadəsi zamanı qarşılıqlı təsirlər yarana bilər. Həkimlər təyin prosesində xəstənin qəbul etdiyi bütün dərmanlar haqqında məlumat toplamalı və yalnız bundan sonra uyğun qərar verməlidirlər", - deyə mütəxəssis qeyd etdi.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 19 Noyabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















