Icma.az
close
up
RU
Bu infeksiyalar sürətlə yayılır İnfeksionistdən AÇIQLAMA

Bu infeksiyalar sürətlə yayılır İnfeksionistdən AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"2025-ci ildə müxtəlif epidemioloji mənzərələrin şahidi olduq. İlk növbədə, ayrı-ayrı ölkələrdə meydana çıxan və Azərbaycana da gəlib çatan, digər ölkələrdə də yayılma ehtimalı olan çoxsaylı viruslar müşahidə edildi".
Bunu Demokrat.az-a açıqlamasında infeksionist Adil Qeybulla deyib.
O, bildirib ki, COVID-19 pandemiyası başa çatsa da, indiyədək onun müxtəlif alt-ştamları mövcuddur:
"Məsələn, hazırda Eric variantı yayılmaqdadır. Bundan əlavə, müxtəlif ölkələrdə qrip virusunun A(H5N1) və digər ştamlarının, həmçinin Meta Prima virusunun yayıldığının şahidi olduq. 2025-ci ilin aprel–may aylarında isə Yaponiyada göyöskürəyin geniş yayılması qeydə alındı. Bundan başqa, çiçək virusunun bəzi ölkələrdə rastlanması da müşahidə edildi".
Ekspert bildirib ki, bütün bu hallar barədə dəqiq nəticə çıxarmaq çətindir:
"Çünki hər hansı virusun təsdiqlənməsi üçün laborator müayinələr aparılmalı, nəticələr rəsmi şəkildə elan edilməli və əhali maarifləndirilməlidir.İstənilən virus infeksiyası hüceyrə daxilində çoxaldığı üçün orqanizmdə intoksikasiya yaradır. Onun təsiri virusun virulentliyindən və yayılma sürətindən asılıdır. Virus əsasən ağız, burun boşluğu və boğazdan daxil olduğuna görə daha çox yuxarı tənəffüs yollarında iltihab əlamətləri ilə özünü göstərir. Bəzi hallarda isə proses plevra və ağciyərlərə keçərək pnevmoniya və digər ağırlaşmalara səbəb ola bilər".
Onun sözlərinə görə, virus orqanizmə daxil olandan sonra müəyyən gizli dövr (inkubasiya müddəti) keçir:
"Bu müddət bir neçə gündən bir həftəyə qədər davam edə bilər. Daha sonra xəstəliyin əlamətləri üzə çıxır.Belə hallarda bəzi şeylərə diqqət yetirilməlidir. Çoxlu maye qəbul etmək, yataq rejiminə riayət etmək, soyuqdəymədən qorunmaq, sağalana qədər kollektivlərdən uzaq durmaq lazımdır. Çünki xəstəlik dövründə kollektiv mühitdə iştirak edən şəxslər digərlərini də yoluxdura və müəyyən arealda xəstəliyin yayılmasına səbəb ola bilərlər".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Sentyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see265

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see183

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see177

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see176

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see171

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see171

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see170

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see170

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see168

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see168

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see167

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see167

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see165

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see165

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see164

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see163

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see162

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see160

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see158

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri