Icma.az
close
up
RU
“Bu, arzuolunmaz hallara gətirib çıxara bilər”

“Bu, arzuolunmaz hallara gətirib çıxara bilər”

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Büdcə tam dayanıqlı və realdır. Nəzərdə tutulan xərclərin maliyyələşməsini təmin etmək üçün bütün imkanlar mövcud olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Heydər Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.

“Beynəlxalq arenada ciddi maliyyə riskləri baş verməsə, inanıram ki, gələn ilin ikinci yarısında bu büdcənin artırılması istiqamətində toplana bilərik. Dövlət daim bu gözləntilərə çox həssas yanaşıb, cəmiyyəti maraqlandıran ən əsas məsələlərin həllinə nail olub. Demək olar ki, gözləntilər sonsuzdur, amma imkanlar isə məhduddur.

Bilməliyik ki, büdcə gəlirlərinin, vergi dərəcələrinin əsassız artırılması və yaxud iqtisadiyyatın vergi yükünün artırılması özü ilə bərabər növbəti illərdə iqtisadiyyatın daralmasına, iqtisadi aktivliyin sönməsinə, iş yerlərinin ixtisarına və s. arzuolunmaz hallara gətirib çıxara bilər. Eləcə də əsassız xərclərin artırılması da bura aiddir”, - H.Əsədov qeyd edib.

Parlamentarinin sözlərinə görə, əsassız xərclərin artırılması kapital bazarına, geniş pul kütləsinə, dövriyyəsinə çox ciddi təsir göstərməklə əsassız inflyasiya təzyiqi yaradır:

“Yaxın və orta müddətdə dolların alıcılıq qabiliyyətinin düşəcəyi gözlənildiyindən, prioritet layihələrin maliyyələşdirilməsi üçün dövlət borcunun həcminin artırılmasına ehtiyac var. Dövlətin iqtisadi strategiya sənədlərində bu borcun 10 milyarda qədər artırılması nəzərdə tutulub. Bizdə isə hazırda 5 milyarddan çox təşkil edir”, - deyə deputat bildirib.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri