Icma.az
close
up
RU
Bu, arzuolunmaz hallara gətirib çıxara bilər Heydər Əsədov

Bu, arzuolunmaz hallara gətirib çıxara bilər Heydər Əsədov

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Büdcə tam dayanıqlı və realdır. Nəzərdə tutulan xərclərin maliyyələşməsini təmin etmək üçün bütün imkanlar mövcud olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Heydər Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.

“Beynəlxalq arenada ciddi maliyyə riskləri baş verməsə, inanıram ki, gələn ilin ikinci yarısında bu büdcənin artırılması istiqamətində toplana bilərik. Dövlət daim bu gözləntilərə çox həssas yanaşıb, cəmiyyəti maraqlandıran ən əsas məsələlərin həllinə nail olub. Demək olar ki, gözləntilər sonsuzdur, amma imkanlar isə məhduddur.

Bilməliyik ki, büdcə gəlirlərinin, vergi dərəcələrinin əsassız artırılması və yaxud iqtisadiyyatın vergi yükünün artırılması özü ilə bərabər növbəti illərdə iqtisadiyyatın daralmasına, iqtisadi aktivliyin sönməsinə, iş yerlərinin ixtisarına və s. arzuolunmaz hallara gətirib çıxara bilər. Eləcə də əsassız xərclərin artırılması da bura aiddir”, – H.Əsədov qeyd edib.

Parlamentarinin sözlərinə görə, əsassız xərclərin artırılması kapital bazarına, geniş pul kütləsinə, dövriyyəsinə çox ciddi təsir göstərməklə əsassız inflyasiya təzyiqi yaradır:

“Yaxın və orta müddətdə dolların alıcılıq qabiliyyətinin düşəcəyi gözlənildiyindən, prioritet layihələrin maliyyələşdirilməsi üçün dövlət borcunun həcminin artırılmasına ehtiyac var. Dövlətin iqtisadi strategiya sənədlərində bu borcun 10 milyarda qədər artırılması nəzərdə tutulub. Bizdə isə hazırda 5 milyarddan çox təşkil edir”, – deyə deputat bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see255

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see245

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see238

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see235

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see223

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see222

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see220

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see216

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see212

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see208

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see207

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see202

Yaxın Şərqdə köhnə status kvoya qayıtmaq mümkün deyil

05 Sentyabr 2026 00:56see196

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see189

Zamiq Əliyev oynadı, Eqnatiya ya ardıcıl üçüncü qələbəsini qazandı

05 Sentyabr 2026 02:21see184

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see183

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see181

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see180

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see176

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri