Icma.az
close
up
RU
Bu asteroid 7 il sonra Aya çırpıla bilər: İnsanlara təhlükə yaradıb yaratmayacağı araşdırıldı

Bu asteroid 7 il sonra Aya çırpıla bilər: İnsanlara təhlükə yaradıb yaratmayacağı araşdırıldı

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

NASA alimləri 2024 YR4 adlı böyük bir asteroid aşkar ediblər. Hazırda onun Yerə çırpılma ehtimalı 2,3% olaraq qiymətləndirilir, halbuki dekabrda bu göstərici 1,2% idi. Lakin alimlər bu obyektin Ayla toqquşma ehtimalını da hesablayıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə Live Science yazır.

Məlumata görə, potensial təhlükəli asteroidin eni təxminən 55 metrdir və o, saatda 48 000 km sürətlə hərəkət edir. Məqalədə qeyd olunur ki, bu, insan sivilizasiyasının sonunu gətirmək üçün kifayət deyil, lakin 2024 YR4 böyük bir şəhəri məhv edə bilər. Alimlərin hesablamalarına görə, asteroidin toqquşması zamanı 8 meqaton enerji ayrılacaq ki, bu da Yaponiyanın Hiroşima şəhərini dağıdan atom bombasından 500 dəfə güclüdür.

Tədqiqatçılar, əgər 2024 YR4 Aya çırpılsa, nə baş verəcəyini modelləşdiriblər. Arizona Universitetinin Catalina Sky Survey layihəsinin mühəndisi Devid Renkinin sözlərinə görə, asteroidin Yer peyki ilə toqquşma ehtimalı 0,3%-dir. O hesab edir ki, belə bir hadisənin nəticələri Yer kürəsindən görünəcək.

"Belə bir toqquşma nəticəsində müəyyən materialların Yerə çata biləcəyi ehtimalı var, lakin bunun ciddi təhlükə yaradacağına şübhə edirəm", – deyə Renkin izah edib.

Hesablamalara görə, Ayla toqquşma 340 Hiroşima bombasından daha çox enerjini sərbəst buraxa bilər. Mühəndis bildirir ki, bu hadisə Yer kürəsindən aydın şəkildə müşahidə ediləcək.

Digər tərəfdən, London İmperial Kollecinin planetologiya üzrə professoru Qaret Kollinz qeyd edib ki, "Yer kürəsində biz təhlükəsiz olacağıq" və əlavə edib ki, toqquşma nəticəsində atılan hər hansı material atmosferdə yanaraq yox olacaq.

Alimlərin fikrincə, asteroidin Yerə və ya Aya çırpılma ehtimalı hələ də çox aşağıdır. Bununla belə, onlar Ceyms Uebb kosmik teleskopunun təcili istifadəsi üçün icazə alıblar ki, asteroidin ölçüsü və trayektoriyası barədə daha çox məlumat əldə etsinlər. Çünki bu kosmik obyekt yaxın illərdə müşahidə sahəsindən çıxacaq.

Renkin qeyd edib: "Hazırda asteroidin Yeri ötüb keçmə ehtimalı 97,9%-dir. Onun ehtimalı 1%-dən 2%-ə yüksələndə böyük səs-küyə səbəb oldu, lakin bu, 40%-dən 80%-ə qalxmaq kimi bir şey deyil".

Daha əvvəl UNİAN xəbər verirdi ki, alimlər Bennu asteroidi üzərində "həyatın kərpicləri" adlanan maddələr aşkar ediblər. NASA tərəfindən bu kosmik cisimdən götürülmüş nümunələr yalnız həyatın yaranması üçün əsas elementləri deyil, həm də qədim su dünyasının izlərini ehtiva edir.

Yeni elmi kəşf göstərir ki, bu məlumatlar Yer kürəsində həyatın bir asteroidin toqquşması nəticəsində yarana biləcəyi nəzəriyyəsini daha da gücləndirir. Araşdırmalar təsdiqləyir ki, bu həyati komponentlər suyun tərkibində də ola bilərdi.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Fevral 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri