Icma.az
close
up
RU
Kəşf edilən asteroid Aya çırpıla bilər Yer üçün qorxulu nəticələr

Kəşf edilən asteroid Aya çırpıla bilər Yer üçün qorxulu nəticələr

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2024 YR4 adlı asteroid ötən il aşkar edilib və əvvəlcə narahatlıq yaradıb — hesablamalara görə onun Yerə düşmə ehtimalı 3% idi. Daha dəqiq modellər bu ssenarini istisna etsə də, 2032-ci ilin dekabrında Ayla toqquşma ehtimalı təxminən 4% olaraq qalır.

Alimlər bu problemi həll etmək üçün bir neçə variant irəli sürüblər. Ölkə.Az xəbər verir ki, araşdırmanın ilkin mətni arXiv portalında dərc olunub.

Məsələ təkcə Ayda deyil — o vaxta qədər orada daimi bazaların olması, çox güman ki, mümkün olmayacaq. Əsas təhlükə nəticələrdədir. Diametri təxminən 60 metr olan göy cisminin toqquşması böyük miqdarda qırıntıların kosmosa atılmasına səbəb ola bilər. Bu isə bir neçə gün ərzində Yerin üzərinə düşəcək mikrometeoroid axınının minlərlə dəfə artmasına gətirib çıxara bilər. Belə bir ssenari orbitdəki peyklər və kosmik stansiyalar üçün ciddi təhlükə yaradar.

Ən optimal variant defleksiya hesab olunur — yəni asteroidin trayektoriyasının bir qədər dəyişdirilməsi. Bu nə qədər tez həyata keçirilsə, o qədər az “təkan” lazım olacaq. Lakin dəqiq hesablamalar üçün obyektin kütləsini bilmək vacibdir, o isə hələlik çox geniş aralıqda müəyyənləşdirilib: 51 milyon kilodan 711 milyon kiloya qədər. Bu qədər böyük səhv payı təhlükəlidir, çünki yanlış hesablanmış müdaxilə nəticəsində asteroid təhlükəsiz istiqamətə deyil, Yerə tərəf yönələ bilər.

Alimlərin fikrincə, kütləni dəqiqləşdirmək üçün ən ideal vaxt 2028-ci ildir. Lakin üç il ərzində ayrıca kosmik aparat hazırlamaq və buraxmaq faktiki olaraq mümkünsüzdür. Alternativ olaraq mövcud missiyalardan istifadə müzakirə olunur — məsələn, "OSIRIS-APEX" proqramının uzadılması və ya "Psyche" aparatının istiqamətinin dəyişdirilməsi.

Əgər defleksiya mümkün olmasa, digər variant asteroidin məhv edilməsidir. Bu, güclü kinetik toqquşma ilə — yəni asteroidi xırda hissələrə parçalamaqla — və ya nüvə partlayışı vasitəsilə həyata keçirilə bilər. Hesablamalara görə, 1 meqaton gücündə partlayış 2024 YR4-ü dəqiq şəkildə məhv edə bilər, onun kütləsi nə qədər olursa olsun.

Nüvə variantı isə ən çox mübahisə doğurur. Fizika onun effektivliyini təsdiq etsə də, kosmosda nüvə silahının tətbiqi siyasi və hüquqi nəticələrə səbəb ola bilər. Bundan başqa, belə bir metod heç vaxt real şəraitdə sınaqdan keçirilməyib.

2028-ci ildə tam aydın olacaq ki, 2024 YR4 real təhlükə yaradır, yoxsa yox. Lakin missiyaların hazırlanması ilə bağlı qərarlar daha tez qəbul edilməlidir, çünki buraxılış üçün əlverişli zaman pəncərələri ildən-ilə bağlanır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Sentyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri