Icma.az
close
up
RU
“Bu, avrokuboklara getməyə layiq deyilik anlamına gəlmir”

“Bu, avrokuboklara getməyə layiq deyilik anlamına gəlmir”

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının XXXI turunda keçirilən “Qarabağ” – “Neftçi” (3:0) matçından sonra qonaq komandanın baş məşqçisi Samir Abasov mətbuat konfransında iştirak etdi.

Futbolpress.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırdı:

– Niyə məğlub olduz? Niyə qol vura bilmədiz?
– Qol vurmaq üçün imkanlarımız oldu. Əfsuslar olsun ki, qapının içindən belə vura bilərdik. Bu, qalib gələ və ya bərabərə qala bilərdik anlamına gəlməsin. Niyə qol buraxdıq əsas sualdır. Həddindən artıq çox rotasiyalara əl atmışdıq. Zədə problemi mən bura gələndən komandadan əl çəkmir. Bir də fərdi oyunçu səhvləri bu mövsüm başımızın bəlası olub.

– 4 ildir ki, “Qarabağ”a qalib gələ bilməyən “Neftçi” var…
– Bu, Azərbaycan derbisidir və başadüşüləndir. Fərqi yoxdur, heyətdə zədəlilər var və ya kubok oyunu var. Bu, derbidir və qalib gəlməlisən.

– Murad Məmmədovu çoxdandır oynatmırsız. Ümumiyyətlə silmisiz?
– Murad ard-arda oynadığı pis oyunlardan sonra özünə gələ bilmir. Bu, həm məşqlərdə seçilir. Muradı ümumiyyətlə silmək fikrimiz yoxdur. Aleksi Muradla dəyişdik. O, güvəndiyimiz futbolçudur. Bəzi bariyer var ki, özü aşmalıdır.

– “Zirə”, “Araz-Naxçıvan”, “Turan Tovuz” “Qarabağ”ı məğlub edib amma “Neftçi” yox. Bu komanda avrokuboklara getməyə layiqdir?
– Buradakı məntiqi anlamıram. 4 oyunu mənim üzərimə yıxmayın. 3-də mən olmuşam. “Neftçi Arena”dakı oyunumuz çox yaxşı alınmışdı. Bəli, səhvlərimiz çoxdur. Amma bu, avrokuboklara getməyə layiq deyilik anlamına gəlmir. “Qarabağ” yaxşı klubdur. Əgər elədirsə, onda “Kəpəz” niyə avrokuboklara getməsin? Hər il yenilənən “Neftçi” var. İnşallah ki, bu tendensiyaya son verərik.

– Rafael Quzzonun zədəsi ciddidir?
– Başqa zədə idi. Ciddiyə oxşamır. Dizində toqquşma oldu.

“Sabah”la cavab matçına Edvin Kuç yetişə biləcək?
– İnanırıq. Həkimlərlə danışıqlarımız olur. Yeni zədədən çıxmış futbolçularımız var. Emin, Darbo, Sek və s. Onları müntəzəm vaxt oynatmaq lazımdır ki, özlərini bərpa etsinlər. Sadəcə bu problemlər aradan qalxmır. Səbəblər özümüzə müəyyən deyil. Üç mərkəz müdafiəçimiz olmasına baxmayaraq biri ilə 3 oyun ard-arda oynamışıq. İnşallah ki, kubok oyununa nəfslər bizdən çəkilər.

– Sambonu oyuna buraxmamağınızın səbəbi nədir?
– Darbo 2 aya yaxın idi ki, zədəli idi. Darbonu oyunu hiss etməsi məqsədiylə meydana buraxdıq. Onu da hansısa dəqiqədə Sambu ilə əvəzləməyi nəzərdə tuturduq. Sadəcə Rəhmanla Quzzonu 90 dəqiqə meydanda saxlamaq istəyirdik. Onlar da əvəzlənmək istədikləri üçün planlarımız pozuldu.

MirKamal Kazım 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 19 Aprel 2025 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri