Qukeş: “Bu mənim dünyanın ən yaxşısı olmağım anlamına gəlmir”
Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
Sinqapurda dünya şahmat tacı uğrunda hindistanlı Qukeş Dommaracu ilə çinli Din Lijen arasında keçirilən yarış cümə axşamı başa çatıb. 14-cü partiyada rəqibin çox kobud səhvindən yararlanan Qukeş şahmat tarixinə 18-ci dünya çempionu kimi düşüb - 7,5:6,5.
Qara fiqurlara oynayan 18 yaşlı qrossmeyster 58-ci gedişdə qalib gəlib. O, şahmat tarixindəki ən gənc dünya çempionudu. Lijen isə titulunu qoruya bilməyib. Xatırladaq ki, çinli şahmatçı 2023-cü ildə şahmat tacı uğrunda görüşdə rusiyalı Yan Nepomnyaşiyə qalib gəlmişdi.
Qukeş qələbədən sonra belə deyib:
“Aydındı ki, dünya çempionu olmaq hələ mənim dünyanın ən yaxşısı olmağım anlamına gəlmir. Axı Maqnus Karlsen də var. Kiminsə çox-çox yüksək səviyyədə olması mənə motivasiya verir, qarşıma 2900 əmsalına çatmaq hədəfi qoymuşam. Daha çox işləməyə, Maqnus zirvəsinə çatmaq üçün çalışmağa məcburam. Təbii ki, tac uğrunda görüşdə norveçli ilə qarşılaşmaq möhtəşəm olardı. Bu mənim üçün ən çətin sınaq olardı. Ancaq hər şey FİDE reytinqində ilk pillədə qərarlaşan şahmatçıdan (Karlsen 2022-ci ildə özünün hədsiz güclü olduğu mənasında çempionluq yarışlarından çıxıb – red.) asılıdı. Dünyanın ən yaxşısı şahmatçısı ilə görüşdə məmnuniyyətlə gücümü sınayardım”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 25 Dekabr 2024 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















