Icma.az
close
up
RU
Bu avtobusların insan sağlamlığına ziyanı varmı? RƏSMİ AÇIQLAMA

Bu avtobusların insan sağlamlığına ziyanı varmı? RƏSMİ AÇIQLAMA

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elektrik mühərrikli avtobuslar ənənəvi daxili yanma mühərrikləri yerinə elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələridir. Bu avtobuslar şəhər nəqliyyatında sıfır emissiya təmin edərək ətraf mühitin qorunmasına böyük töhfə verir.

Texnologiyanın inkişafı ilə elektrobusların batareya ömrü və məsafəsi artır, xərcləri isə azalır.

Bu səbəbdən, bir çox şəhər artıq fosil yanacaqlı avtobusları elektrik mühərrikli avtobuslarla əvəz etməyi planlaşdırır.

Paytaxt Bakıda da elektrik mühərrikli avtobuslar müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərməyə başlayıb.

Bəs elektrik müəhrrikli avtobsuların yolda qalma ehtimalı varmı? Ümumiyyətlə bu avtobuslar nə qədər məsafəqət edir? İnsan sağlamlığı üçün hər hansı təhdid təşkil edirmi?

BAKU.WS bu suallara cavab tapmaq üçün "BakuBus" MMC-yə müraciət edib. Qurumun mətbuat xidmətindən bildirildi ki, hazırda ictimai nəqliyatın islahatı ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilir:

"Bu tədbirin mühüm istiqamətlərindən biri müasir qaraj infrastrukturunun yaradılmasıdır. Şəhərin marşrut xətlərində fəaliyyət göstərən elektrikli avtobuslar Zığ Avtoparkından xəttə çıxır. Bu avtoparkda 60 ədəd şarj cihazı quraşdırılıb.

Avtobuslar marşrut xəttindən qayıtdıqdan sonra qarajda 3 saat ərzində enerji ilə tam doldurulur. Bununla yanaşı, sürətli şarjolma funksiyası vasitəsilə doldurma prosesi 1 saat 30 dəqiqəyə qədər azaldıla bilər.

Avtobusların enerji səviyyəsi 20 faizdən aşağı düşdükdə, vasitə avtomatik olaraq xəttdən çıxarılaraq qaraja yönləndirilir. Əlavə olaraq, enerji səviyyəsi 50 faizdən aşağı olduqda sürücülərə növbə dəyişimi zamanı enerji doldurma məntəqələrində enerji yığılması barədə təlimat verilir. Elektrikli avtobuslar tam enerji dolumundan sonra hava şəraitindən asılı olaraq 306 km-ə qədər məsafə qət edə bilir və dövriyyə üçün nəzərdə tutulan gün ərzində fasiləsiz xidmət göstərə bilir.

Elektrikli avtobusların istismarı yalnız sərnişinlərimizin rahatlığı üçün deyil, həmçinin ətraf mühitin qorunması və insan sağlamlığına diqqətin artırılması məqsədini daşıyır. Mühərriklərin tamamilə elektriklə işləməsi atmosferə heç bir zərərli tullantının buraxılmamasını təmin edir. Bu avtobuslar ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olmaqla, şəhərin hava keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verir və sakinlərin sağlamlığı üçün heç bir təhlükə yaratmır.

Sürücülərin peşəkarlığının təmin edilməsi məqsədilə elektrikli avtobusları idarə edən sürücülər "BakuBus" MMC-nin Sürücü Təlim Mərkəzində xüsusi təlim kursu keçiblər. Ötən gün texniki səhvə yol vermiş sürücü yenidən təlimə yönləndirilərək əlavə hazırlıqdan keçiriləcəkdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Dekabr 2024 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see232

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see229

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see213

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see205

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see187

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see185

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see176

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see169

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see168

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see161

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see160

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see154

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see150

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see150

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see149

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see149

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see145

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri