Icma.az
close
up
RU
Bu avtobusların insan sağlamlığına ziyanı varmı? RƏSMİ AÇIQLAMA KONKRET

Bu avtobusların insan sağlamlığına ziyanı varmı? RƏSMİ AÇIQLAMA KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elektrik mühərrikli avtobuslar ənənəvi daxili yanma mühərrikləri yerinə elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələridir. Bu avtobuslar şəhər nəqliyyatında sıfır emissiya təmin edərək ətraf mühitin qorunmasına böyük töhfə verir.

KONKRET.az xəbər verir ki, texnologiyanın inkişafı ilə elektrobusların batareya ömrü və məsafəsi artır, xərcləri isə azalır.

Bu səbəbdən, bir çox şəhər artıq fosil yanacaqlı avtobusları elektrik mühərrikli avtobuslarla əvəz etməyi planlaşdırır.

Paytaxt Bakıda da elektrik mühərrikli avtobuslar müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərməyə başlayıb.

Bəs elektrik müəhrrikli avtobsuların yolda qalma ehtimalı varmı? Ümumiyyətlə bu avtobuslar nə qədər məsafəqət edir? İnsan sağlamlığı üçün hər hansı təhdid təşkil edirmi?

Bu suallara cavab tapmaq üçün “BakuBus” MMC-yə müraciət etdik. Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, hazırda ictimai nəqliyatın islahatı ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilir:

“Bu tədbirin mühüm istiqamətlərindən biri müasir qaraj infrastrukturunun yaradılmasıdır. Şəhərin marşrut xətlərində fəaliyyət göstərən elektrikli avtobuslar Zığ Avtoparkından xəttə çıxır. Bu avtoparkda 60 ədəd şarj cihazı quraşdırılıb.

Avtobuslar marşrut xəttindən qayıtdıqdan sonra qarajda 3 saat ərzində enerji ilə tam doldurulur. Bununla yanaşı, sürətli şarjolma funksiyası vasitəsilə doldurma prosesi 1 saat 30 dəqiqəyə qədər azaldıla bilər.

Avtobusların enerji səviyyəsi 20 faizdən aşağı düşdükdə, vasitə avtomatik olaraq xəttdən çıxarılaraq qaraja yönləndirilir. Əlavə olaraq, enerji səviyyəsi 50 faizdən aşağı olduqda sürücülərə növbə dəyişimi zamanı enerji doldurma məntəqələrində enerji yığılması barədə təlimat verilir. Elektrikli avtobuslar tam enerji dolumundan sonra hava şəraitindən asılı olaraq 306 km-ə qədər məsafə qət edə bilir və dövriyyə üçün nəzərdə tutulan gün ərzində fasiləsiz xidmət göstərə bilir.

Elektrikli avtobusların istismarı yalnız sərnişinlərimizin rahatlığı üçün deyil, həmçinin ətraf mühitin qorunması və insan sağlamlığına diqqətin artırılması məqsədini daşıyır. Mühərriklərin tamamilə elektriklə işləməsi atmosferə heç bir zərərli tullantının buraxılmamasını təmin edir. Bu avtobuslar ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olmaqla, şəhərin hava keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verir və sakinlərin sağlamlığı üçün heç bir təhlükə yaratmır.

Sürücülərin peşəkarlığının təmin edilməsi məqsədilə elektrikli avtobusları idarə edən sürücülər “BakuBus” MMC-nin Sürücü Təlim Mərkəzində xüsusi təlim kursu keçiblər. Ötən gün texniki səhvə yol vermiş sürücü yenidən təlimə yönləndirilərək əlavə hazırlıqdan keçiriləcəkdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Dekabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri