Icma.az
close
up
RU
Bu avtomobillər bazardakı qiymətləri ALT ÜST EDƏCƏK

Bu avtomobillər bazardakı qiymətləri ALT ÜST EDƏCƏK

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycana 2024-ün 11 ayında idxal edilən avtomobillərin dəyəri 1 milyard 400 milyon dolları ötüb. Xüsusilə, hibrid avtomobillərin idxalı iki dəfəyə qədər artıb.

Bəs Çindən idxal edilən ucuz avtomobillər Azərbaycandakı maşın bazarında nəyi dəyişə bilər?

Avtosfer.az "Yenisabah"a istinadən xəbər verir ki, bir sıra ekspertlərin fikrincə, son illər Çin avtomobilləri keyfiyyət baxımından əhəmiyyətli irəliləyişlər göstərib. Bəzi markalar Avropa və beynəlxalq standartlara cavab verir. Bununla yanaşı, bu avtomobillərin Azərbaycanın yol şəraiti və iqliminə tam uyğun olub-olmadığına dair suallar qalır. Xüsusilə məhdud büdcəli modellərdə təhlukəsizlik standartları daha aşağı səviyyədə ola bilər.

Avtomobil sahəsindəki mütəxəssislər Çindən idxal olunan avtomobillərin qiymətindəki ucuzluğu bir neçə amillə əlaqələndirir. Bunlardan biri istehsal xərclərindəki qiymət fərqidir.

Belə ki, Çində istehsal edilən avtomobillərin ucuz xərc strukturu ilə dərhal diqqət çəkir. Digər bir faktor isə logistika sahəsindəki imkanlardır. Çin və Azərbaycan arasında optimallaşdırılmış logistika qiymətləri daha məqbul edir. Xüsusilə hibrid və elektrikli avtomobillərə tətbiq edilən gömrük rüsumlarında yumşaqlıq, bu modellərin bazarda daha çox yayılmasına imkan yaradır.

Ekspertlər hesab edir ki, hibrid avtomobillərin istifadəsinin artması Azərbaycanda yanacaq istehlakına ciddi təsir edir. Karbon emissiyalarını azaltmaq baxımından hibrid texnologiyaları əhəmiyyətlidir. Bununla yanaşı, elektrik avtomobillərinin istifadəsi üçün lazımi infrastrukturun hələ tam qurulmadığı görülür, bu da əlavə investisiya tələb edir. Avtomobil qiymətlərindəki qiymət fərqlənmələrinin təsir edəcəyi ən mühüm sahə isə ikinci əl avtomobil sektorudur. Ucuz qiymətlər və yeni modellər alıcı marağını artırır. Bu, xüsusilə ikinci əl avtomobil bazarına neqativ təsir edə bilər. Alıcılar çox vaxt yeni və daha cəlbedici qiymətlərə sahib avtomobilləri üstün tutur. Digər tərəfdən, servis xərcəri və texniki baxış imkanları da mühüm rol oynayır. Ucuz avtomobillərin idxalı üzun müdətdə Azərbaycan avtomobil bazarını müsbət istiqamətdə dəyişdirmə potensialına malikdir. Bununla yanaşı, çin istehsalı avtomobillər üçün ehtiyat hissəsi və texniki servis mərkəzlərinin artırılması şərtlidir. Çindən idxal edilən ucuz avtomobillər Azərbaycan bazarının strukturuna ciddi təsir edir. Yekun olaraq gözləntilər odur ki, daha çox istehlakçı hibrid və iqtisadi modellərə üstünlük verəcək. Bunun bazarda yaratdığı dəyişiklik və təsir faktoru geniş zaman aralığı və ətraflı analizlər tələb edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 Yanvar 2025 03:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri