Icma.az
close
up
RU
Süni intellekt həyatımızı necə alt üst edəcək?

Süni intellekt həyatımızı necə alt üst edəcək?

Icma.az, News24 saytına istinadən bildirir.

"Süni intellekt insanın düşünmə, problem həll etmə və qərarvermə qabiliyyətlərinin texnologiyaya əks olunmasıdır. Süni intellekt cari vəziyyətdə sadəcə texnologiya kimi görünsə də, gələcəkdə qlobal miqyasda güc balansını dəyişdirə biləcək mühüm bir vasitəyə çevriləcək".

Bu sözləri News24.az-a açıqlamasında İnformasiya Texnologiyalar İnstitutunun əməkdaşı Araz Mustafa deyib.

Araz Mustafa

Onun sözlərinə görə, süni intellektin inkişafı artıq hərbi, iqtisadi, media və s. sahələrdə də ciddi təsirini göstərməkdədir. O qeyd edib ki, xüsusilə hərbi sahədə süni intellektə əsaslanan sistemlər və kibertəhlükəsizlik sistemləri daha da inkişaf edir, yeni silahlar və müdafiə sistemləri yaradılır.

"İqtisadiyyatda da süni intellektin təsirləri görünməkdədir. Artıq iqtisadi inkişafın əsas aparıcı qüvvələrindən birinə çevrilir. Süni intellekt texnologiyaları iri həcmli məlumatları analiz edərək data analitikası vasitəsilə iqtisadi proqnozlar verməyə və bazarı daha dəqiq təhlil etməyə imkan yaradır ki, bu da dövlətlərə daha effektiv qərarlar qəbul etməyə, resursları optimal bölüşdürməyə və riskləri öncədən görməyə kömək edir.

Süni intellektin biznes və maliyyə sektorlarında da tətbiqi bankçılıqdan sığortaya, investisiya idarəçiliyindən ticarətə qədər geniş bir spektrı əhatə edir. Məsələn, süni intellekt əsaslı alqoritmlər bazar tendensiyalarını analiz edərək, investisiya strategiyalarını optimallaşdıra və davranışlarını proqnozlaşdıraraq, daha uyğun strateji hədəflər qoymağa kömək edə bilər, - deyə o əlavə edib.

A.Mustafa bildirib ki, göstərilən məsələrlə yanaşı, süni intellekt səhiyyədə, xüsusən də xəstəliklərin erkən diaqnozu üçün istifadə edilə bilər. 

"Bu isə dövlətlərə vətəndaşlarının həm sağlamlıq, həm də maliyyə baxımından xərclərini azaltmağa kömək edəcək.

Bunlardan əlavə kənd təsərrüfatı, nəqliyyat, kibertəhlükəsizlik sahələrində, ağıllı evlər, eyni zamanda ağıllı şəhər və ağıllı kənd kimi kompleks layihələrdə süni intellekt texnologiyalarının tətbiqi proseslərin real vaxt rejimində qərarvermə və avtomatlaşdırılmanı sürətləndirməyə və məhsuldarlığı artırmağa imkan verir", - deyə o bildirib.

A.Mustafa onu da qeyd edib ki, yuxarıda sadalanan məsələlər də daxil olmaqla süni intellektin bir çox üstünlükləri dövlətlərin bu sahəyə olan marağını daha da artırır. 

"Eyni zamanda, süni intellekt texnologiyasının inkişafına daha çox dəstək verir və gələcəkdə daha çox texnoloji üstünlüyə malik olmaq istəyir.

Azərbaycanda müxtəlif elm və təhsil ocaqlarında, xüsusən də İnformasiya Texnologiyaları İnstitutunda süni intellekt sahəsində müxtəlif elmi araşdırmalar aparılır. Süni intellekt texnologiyalarının tətbiqinə dövlətimiz tərəfindən də xüsusi diqqət ayrılır. Heç də təsadüfi deyil ki, “Digital Almaty 2025”  forumda iştirak edən Azərbaycan nümayəndələri tərəfindən Azərbaycanda hal-hazırda süni intellekt strategiyasının hazırlandığı bildirilmişdir. Eyni zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Süni İntellekt Laboratoriyası” yaradılıb. Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirmək üçün atdığı addımlar eyni zamanda süni intellektin ölkəmizdə geniş tətbiqini təmin edəcək və onun müxtəlif sahələrdə effektiv istifadəsinə imkan yaradacaqdır", - deyə o, fikirlərini yekunlaşdırıb.

Günel Məlikzadə
News24.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://news24.az
archiveBu xəbər 13 Fevral 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri