Bu avtomobillərin ehtiyat hissələri tapılmır
Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda Çin istehsalı olan avtomobillərə artan tələbat müşahidə olunur. Çin avtomobilləri, xüsusilə "BYD", "Changan" kimi markalar həm yerli bazarda, həm də fərqli avtomobil seqmentlərində istehlakçıların marağını cəlb edir. Bəs bu avtomobillərin keyfiyyəti ustalar tərəfindən necə dəyərləndirilir?
Bu barədə avtomobil ustası Fərzalı Mirzəyev Metbuat.az-a açıqlamasında bildirib ki, Çin istehsalı avtomobillərin keyfiyyəti ilə bağlı fikirlər qarışıqdır:
“Çin maşınlarını ekonomluq və ucuzluq baxımından tərifləyənlər də çoxdur. 50 min manata iki ədəd “BYD” almaq mümkündür. Hətta ustalar da qeyd edir ki, bu maşınların ehtiyat hissələri ucuzdur. Ancaq bəzi Çin avtomobilləri var ki, ehtiyat hissələri Azərbaycanda tapılmır. Təbii ki, burada modeldən asılı olaraq müəyyən fərqliliklər yaranır. Məsələn, “BYD” çox zəifdir, o, qəza baş versə, çox pis əzilir. “Changan” isə “BYD”dən nisbətən daha yaxşıdır, amma onun da ehtiyat hissələrinin tapılmasında çətinliklər yaranır. Ümumiyyətlə, yeni maşınların çoxu Azərbaycana gəlir, amma onların ehtiyat hissələri gəlmir, çünki tələbat azdır. Kimsə gətirib satarsa da, qiyməti olduqca baha olur”.
Usta qeyd edib ki, bu gün Azərbaycanda ən dözümlü maşınlar “Hyundai”, “Toyota” və “Kia”dır və onlara olan tələbat üstünlük təşkil edir.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 12 Fevral 2025 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















