Bu ayaqqabılar sağlamlıq üçün risklidir FOTO
Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bəzi məşhur mağazalarda 3-5 manata ayaqqabıların satıldığı müşahidə olunur. Bu ayaqqabıların keyfiyyəti ilə yanaşı, onların dəriyə törədə biləcəyi təhlükələr də narahatlıq doğurur. Bəziləri hesab edir ki, ucuz Çin istehsalı ayaqqabılar hətta xərçəng xəstəliyinə belə səbəb ola bilər. Bəs ucuz ayaqqabılar sağlamlıq üçün nə dərəcədə risklidir?
Dermatonevroloq Zakir Abıyev Metbuat.az-a açıqlamasında bildirib ki, ucuz Çin ayaqqabılarından istifadə edənlər onları corabla geyinməlidirlər:
“Xərçəng xəstəliyinə gətirib çıxaracağını düşünmürəm. Sadəcə Çin məhsullarının tərkibində kimyəvi maddələr çox olur. Bu da birbaşa təmas zamanı müəyyən allergik xəstəliklər yarada bilər. Ümumiyyətlə, bu cür ayaqqabılar həm də keyfiyyətsiz olur və tez sıradan çıxır”.
Dermatoloq Tünzalə Əzizli də qeyd edib ki, bu cür ucuz satılan ayaqqabı və geyimlərin tərkibi məlum olmadıqda, onların dəriyə ciddi zərər vurma ehtimalı artır:
“Belə keyfiyyətsiz məhsullar allergik kontakt dermatitlərə, dəridə qıcıqlanma, qaşınma, qızartı və səpkilərə səbəb ola bilər. Həmçinin bu cür ayaqqabılar ayaqda göbələk, çox tərləmə, kəskin qoxu və digər xoşagəlməz problemlər yarada bilər. Qarşısını almaq üçün məhsulların tərkibi barədə məlumatlı olmaq və keyfiyyətli məhsullara üstünlük vermək lazımdır”.
Həkim əlavə edib ki, belə hallar müşahidə olunduqda, mütləq dermatoloqa müraciət edilməlidir.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 05 Noyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















