Icma.az
close
up
RU
“Bu, Azərbaycana siyasi təzyiqdir!” Rusiya ilə “pomidor müharibəsi”

“Bu, Azərbaycana siyasi təzyiqdir!” Rusiya ilə “pomidor müharibəsi”

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

“Son 10 gündə rusların “You Tube” kanallarında açıq deyirlər ki, Azərbaycan və Rusiya arasında olan gərginliyi Rusiya elə-belə yola verməyəcək. Bu halda, əlbəttə, ilk növbədə, Azərbaycanın ixrac etdiyi məhsulların idxalına müxtəlif bəhanələr gətirib məhdudiyyət qoymağa başlayırlar. "Rosselxoznadzor"un Azərbaycandan gətirilən meyvə-tərəvəzə qadağaları, bir növ, siyasi təzyiq vasitəsidir”.

Bu sözləri "Yeni Sabah"a aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, Azərbaycan pomidor ixracını sırf Rusiyanın üzərində qurub:

“Hər il təqribən 200 min tona yaxın pomidor ixrac edirik və bunun əsas hissəsi Rusiyaya gedir. Rusiya bəzi hallarda bu asılılıqdan siyasi alət kimi də istifadə edir.

Adətən, may ayında ixrac daha çox olurdu. Son vaxtlar Azərbaycanla Rusiya arasında yaranan siyasi narazılıqlar bu məsələdə də özünü göstərir. Son 10 gündə rusların “You Tube” kanallarında açıq deyirlər ki, Azərbaycan və Rusiya arasında olan gərginliyi Rusiya elə-belə yola verməyəcək. Bu halda, əlbəttə, ilk növbədə, Azərbaycanın ixrac etdiyi məhsulların idxalına müxtəlif bəhanələr gətirib məhdudiyyət qoymağa başlayırlar. "Rosselxoznadzor"un Azərbaycandan gətirilən meyvə-tərəvəzə qadağaları, bir növ, siyasi təzyiq vasitəsidir”. 

Ekspert qeyd edib ki, Azərbaycan istər idxalda, istərsə də ixracda Rusiyadan asılılığı azaltmalıdır:

“Azərbaycan sahibkarlarının ixrac etdiyi meyvə-tərəvəz məhsullara digər ölkələrdə də ehtiyac var. Rusiya özü daha müasir texnologiyaları tətbiq edərək pomidor istehsal edir. Onların qurduğuı istixanalarda fotosintez prosesi 24 saat ərzində gedir. Yəni daha keyfiyyətli pomidor istehsal edə bilirlər. Vaxt gələcək Rusiya pomidora olan tələbatını daxili istehsal hesabına tam ödəyə biləcək.

Rusiyanın öz pomidoru Azərbaycandan göndərilən pomidordan daha keyfiyyətli və qiyməti daha yüksəkdir. Azərbaycan istər idxalda, istərsə də ixracda Rusiyadan asılılığı azaltmalıdır”.

Xatırladaq ki, 2 gün əvvəl "Rosselxoznadzor" Dağıstan ərazisində Azərbaycandan 152 ton məhsulun idxalına qadağa qoyub. Bundan başqa, başqa bir gömrük postunda 400 ton məhsul Azərbaycana qaytarılıb.

2023-cü ildə Azərbaycandan Rusiyaya 137.4 min ton, 2024-cü ildə isə 117.2 min min ton pomidor ixrac olunub. Keçən il ümumən 438.8 ton pomidor idxal etmiş Rusiyaya ən böyük tədarükçülər Azərbaycan, Türkiyə, Türkmənistan, Ermənistan, Qazaxıstan və Özbəkistandır.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 May 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri