Icma.az
close
up
RU
Bu, Azərbaycanı regional lider kimi mövqeyini daha da möhkəmləndirir DEPUTAT ŞƏRH ETDİ

Bu, Azərbaycanı regional lider kimi mövqeyini daha da möhkəmləndirir DEPUTAT ŞƏRH ETDİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Oktyabr ayının əvvəlindən bu günə qədər Azərbaycan Prezidentinin beynəlxalq səfərləri ölkəmizin xarici siyasətinin çoxvektorlu və strateji xarakterini bir daha nümayiş etdirdi. Təqribən 10 gün ərzində Prezident İlham Əliyev üç fərqli coğrafiyada, Qəbələ, Kopenhagen və Düşənbə daxil olmaqla,yüksək səviyyəli sammitlərdə iştirak edərək Azərbaycanın regional və qlobal rolunu gücləndirilməsi istiqamətində mühüm addımlar atdı. Bu fəal diplomatik fəaliyyət ölkəmizin həm regional lider, həm də strateji tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvin Kərimzadə deyib.

Onun sözlərinə görə, oktyabrın 7-də qədim Qəbələ şəhəri Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının XII Zirvə Görüşünə ev sahibliyi etdi:

"Bu Zirvə yalnız diplomatik görüş deyil, həm də Türk dünyasının ortaq siyasi və iqtisadi iradəsinin açıq nümayişi oldu. Qəbələ, mədəniyyətin deyil, geosiyasətin mərkəzinə çevrilərək regionda yeni siyasi mərhələnin başlanğıcına şahidlik etdi. Azərbaycanın təşəbbüsü ilə 2009-cu ildə imzalanmış Naxçıvan Sazişi bu günkü TDT-nin əsasını qoymuşdur. Təşkilat qarşılıqlı hörmət, suverenlik və bərabər tərəfdaşlıq prinsipləri üzərində fəaliyyət göstərir və Qəbələ Zirvəsi bunun yalnız mədəni deyil, həm də iqtisadi, siyasi və təhlükəsizlik mexanizmləri ilə möhkəmləndiyini nümayiş etdirdi.Zirvədə Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan TDT ölkələrinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından artıq sərmayə yatırıb. Eyni zamanda Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılan investisiya fondları iqtisadi əlaqələrin davamlı inkişafını təmin edir. Zirvədə səsləndirilən 2026-cı ildə Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təşəbbüsü isə preventiv və koordinasiyaedici xarakter daşıyır, regional təhlükəsizlik arxitekturasında Azərbaycanın lider rolunu daha da möhkəmləndirir. Azərbaycanın əldə etdiyi tarixi Zəfərlər və ərazi bütövlüyünün bərpası TDT çərçivəsində formalaşan birliyin real nəticələrini gücləndirir. Qəbələ Zirvəsi göstərdi ki, Türk dünyasının birliyi artıq ideya səviyyəsində deyil, real siyasətin gündəmindədir və Azərbaycan bu prosesi həm ideya müəllifi, həm də aparıcı qüvvələrindən biri kimi yönləndirir".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı Avropanın enerji təhlükəsizliyi, regional münaqişələr və strateji tərəfdaşlıqlarının müzakirəsi baxımından mühüm platforma oldu: "Tədbirdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirdi. Azərbaycan Prezidenti İlham Əliyevin bu sammitdə iştirakı ölkəmizin Avropadakı rolunun və enerji siyasətinin əhəmiyyətini bir daha vurğuladı. Azərbaycanın Avropa enerji xəritəsindəki payı artıq 2024-cü ildən etibarən 12 ölkəni əhatə edir və 2027-ci ilə qədər qaz ixracının 20 milyard kubmetrə çatdırılması planı mövcuddur. Bu, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində strateji əhəmiyyətini nümayiş etdirir və beynəlxalq diplomatiyada nüfuzunu artırır. Kopenhagen Zirvəsi çərçivəsində Prezident İlham Əliyev bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlər keçirdi. Bu görüşlər Azərbaycanın həm regional, həm də qlobal miqyasda çoxşaxəli əlaqələr qurmaq strategiyasının bariz nümunəsi oldu. Danışıqlar zamanı əsas diqqət regional sülh prosesinə dəstək, Avropa enerji təhlükəsizliyində Azərbaycanın rolu, ikitərəfli iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi məsələlərinə yönəldi. Səfər çərçivəsində aparılan görüşlərin əsas istiqamətlərindən biri regional sülhün təşviqi idi. Prezident İlham Əliyevin dövlət başçıları ilə apardığı dialoqlar, Vaşinqtonda əldə olunmuş Sülh Bəyannaməsinə verilən dəstək, Avropa siyasi mərkəzlərinin Azərbaycanın sülh gündəliyini qəbul etdiyini və bu prosesi regional sabitlik üçün zəruri şərt kimi qiymətləndirdiyini göstərdi. Ermənistanla aparılan birbaşa dialoqlar və Avropa ölkələrinin bu prosesə verdiyi siyasi dəstək, Azərbaycanın regionda formalaşdırdığı yeni geosiyasi reallıqların beynəlxalq səviyyədə qəbul olunduğunu bir daha təsdiqlədi. Dövlət başçısı Avropa ilə iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi, regional tərəfdaşlığın möhkəmləndirilməsi və enerji təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycanın atdığı addımları təqdim etdi. Bu tədbir, ölkəmizin qlobal enerji siyasətində strateji aktor olduğunu bir daha nümayiş etdirdi. 2025-ci il oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası postsovet məkanında yeni geosiyasi reallıqlar fonunda xüsusi əhəmiyyət kəsb edirdi. Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yalnız milli maraqlarını müdafiə edən ölkə olmadığını, həm də regionda sabitlik, əməkdaşlıq və inteqrasiya proseslərinin aparıcı qüvvəsi olduğunu nümayiş etdirdi. Azərbaycanın MDB məkanında inteqrasiyanı formal bir proses kimi deyil, real iqtisadi və humanitar əməkdaşlıq müstəvisində dəyərləndirməsi bu çıxışın əsas mesajlarından biri oldu. Dövlət başçısı regional həmrəyliyin gücləndirilməsi, iqtisadi əlaqələrin dərinləşdirilməsi və mədəni inteqrasiyanın təşviqi kimi istiqamətləri xüsusi vurğuladı. Laçının MDB-nin mədəniyyət paytaxtı elan olunmasına dair təşəkkür ifadəsi, Azərbaycanın postmüharibə dövründə bərpa və quruculuq siyasətinin beynəlxalq səviyyədə tanınmasının simvoludur.

Beləliklə, Prezident İlham Əliyevin Qəbələ, Kopenhagen və Düşənbədəki iştirakı Azərbaycanın xarici siyasətinin strateji və praktik xarakterini bir daha təsdiqləməklə yanaşı, ölkəmizin regional və qlobal mövqeyini möhkəmləndirdi. Milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanı həm regional lider, həm də qlobal aktor kimi mövqeyini daha da möhkəmləndirir. Hər üç sammit ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu artırmaqla yanaşı, regional sabitlik, qarşılıqlı etimad və inkişafın təmin olunmasına xidmət edir. Azərbaycan bu gün Türk dünyasında, MDB məkanında və Avropada strateji tərəfdaş və etibarlı aktor kimi çıxış edir, regional sabitlik və tərəfdaşlıq siyasətində əsas dayaqlardan birinə çevrilib".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Oktyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri