Türkiyəli deputat AŞPA da Azərbaycanı müdafiə etdi
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Zeynep Yıldız Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çıxış edərək, təşkilatın Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli və ikili standartlara əsaslanan siyasəti kəskin tənqid edib.
Modern.az xəbər verir ki, Türkiyəli deputat öz çıxışında Avropa Şurasının nizamnaməsini xatırladaraq, qurumun əsas məqsədinin üzv dövlətlər arasında daha sıx birliyə nail olmaq olduğunu bildirib. Lakin mövcud mühitin bu prinsiplərə tamamilə zidd hərəkət etdiyini vurğulayıb:
"Assambleyadakı mövcud mühit bəzi üzvləri ədalətsiz şəkildə hədəfə aldığı halda, digərlərini sorğu-sualsız buraxır. Avropa Şurasının qaydaları hamıya eyni dərəcədə tətbiq olunmalıdır."
Zeynep Yıldız qəsdən yaradılan bu ziddiyyətlərə diqqət çəkərək, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən dərhal sonra azərbaycanlı deputatların etibarnamələrinin ədalətsiz şəkildə müzakirəyə çıxarıldığını və onların qurumdan uzaqlaşdırılmağa məcbur edildiyini xatırladıb. O, Bakının qonşu ölkələrlə dialoqa sadiq qaldığı bir vaxtda belə bir addımın atılmasının qəbuledilməz olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 26 İyun 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















