Icma.az
close
up
RU
Bu, Azərbaycanın diplomatik mövqeyini gücləndirir Ramil Vəlibəyov

Bu, Azərbaycanın diplomatik mövqeyini gücləndirir Ramil Vəlibəyov

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Uzun illərdir keçirilən Qlobal Bakı Forumu qlobal problemlərin təhlili, siyasi dialoqun təşviqi və beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm strateji platforma statusunu qazanıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə təşkil olunan bu tədbirlər müasir çağırışların həllinə və qlobal əməkdaşlığa əhəmiyyətli töhfələr verir".

"Unikal" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Onun sözlərinə görə, martın 12-də işə başlayan və ayın 14-dək davam edəcək “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda da dünyanın müxtəlif regionlarından olan nüfuzlu siyasi xadimlər, o cümlədən fəaliyyətdə olan və sabiq prezidentlər, Baş nazirlər, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər qlobal təhlükəsizlik, güc tarazlığı, beynəlxalq hüquq, nəqliyyat, enerji, şəhərsalma, rəqəmsallaşma, inklüziv inkişaf məsələlərini müzakirə edir, nəzərdən keçirir və araşdırır.

"Bu mənada, XIII Qlobal Bakı Forumu beynəlxalq münasibətlərin və çoxtərəflilik sistem quruluşunun gərginlik altında olduğu bir dövrdə qlobal müzakirə platforması kimi xüsusi əhəmiyyətə malikdir”.

Ramil Vəlibəyov bildirib ki, Qlobal Bakı Forumunun əsas məqsədi qlobal idarəetmə, təhlükəsizlik, enerji, iqlim və beynəlxalq əməkdaşlıq kimi mövzular üzrə müzakirələr aparmaqdır:

“Bu forum xüsusilə çoxqütblü dünya sisteminə keçid dövründə – Rusiya‑Ukrayna müharibəsi, Yaxın Şərq xaosu, enerji təhlükəsizliyi böhranı və qlobal geosiyasi rəqabət fonunda beynəlxalq diplomatik platforma kimi əhəmiyyət qazanır. Analitik mərkəzlərin hesabatlarında da qeyd olunur ki, bu cür qeyri-rəsmi diplomatik forumların qlobal siyasətdə rolu getdikcə artır. Bu mənada, müxtəlif geosiyasi blokların nümayəndələrini, o cümlədən Qərb dövlətlərinin, qlobal Cənub ölkələrinin və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirən Qlobal Bakı Forumu qeyri-formal diplomatiya üçün mühüm platforma yaradır. Müasir dövrdə rəsmi diplomatik kanalların gərginləşdiyi şəraitdə belə forumlar fikir mübadiləsi və risklərin azaldılması üçün istifadə olunur. Eyni zamanda, qlobal idarəetmə problemlərinin müzakirə olunduğu Qlobal Bakı Forumu Azərbaycanın diplomatik mövqeyini də gücləndirir. Forum vasitəsilə Azərbaycan regional diplomatik mərkəz kimi mövqeyini daha da qətiləşdirir, Avrasiya enerji və nəqliyyat layihələrində rolunu təqdim edir. multilateral diplomatiya strategiyasını genişləndirir. Bu, xüsusilə də özünü Orta Dəhliz, enerji təhlükəsizliyi və regional əməkdaşlıq kontekstində əhəmiyyətlidir”.

“Avrasiya regionu üçün mühüm dialoq mərkəzinə çevrilən Qlobal Bakı Forumu yeni diplomatik tərəfdaşlıqlar üçün də platforma rolunu oynaya bilər” – deyən Ramil Vəlibəyov əlavə edib ki, beynəlxalq ekspertlərin dəyərləndirməsinə görə, Bakı qlobal siyasət forumlarının regional mərkəzinə, Qlobal Bakı Forumu isə Davos və Münhen Təhlükəsizlik Konfransı kimi platformalara bənzər strateji dialoq platformasına çevrilməkdədir.
 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Mart 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri