Icma.az
close
up
RU
Azərbaycanın Suriya İsrail münasibətlərinə ev sahibliyi etməsi diplomatik mövqeyini gücləndirir

Azərbaycanın Suriya İsrail münasibətlərinə ev sahibliyi etməsi diplomatik mövqeyini gücləndirir

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Son günlərdə Bakıda baş tutan Suriya Prezidenti Əhməd əl-Şaranın səfəri Türkiyə tərəfindən yaxından izlənilib. Hətta mətbuatda Türkiyədən yüksək səviyyəli bir neçə rəsminin də bu görüşlərdə iştirak etdiyi barədə məlumatlar yayıldı”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, Türkiyəli politoloq Həsən Oqtay bildirib:

Bundan əlavə, İsraildən olan bəzi rəsmilərin də Bakıda Şara ilə görüşdüyü qeyd olunub. Azərbaycanın Suriya-İsrail münasibətlərinə və danışıqlarına ev sahibliyi etməsi  böyük əhəmiyyət kəsb edir və ölkəni regional diplomatiyada mühüm mövqeyə yüksəldir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyanın Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində keçirdikləri beş saatlıq görüş də diplomatik sahədə önəmli addım sayılır. Türkiyə isə Suriyadakı vəziyyəti diqqətlə izləməklə yanaşı, Ermənistan, Azərbaycan və Türkiyə arasında üçlü barış razılaşmasının imzalanması istiqamətində səylərini gündən-günə artırır.

ABŞ Prezidenti Donald Trampın Zəngəzur dəhlizi ilə bağlı açıqlaması bölgəyə diqqəti yönəltməklə yanaşı, yeni aktorların Cənubi Qafqazda nəzarətsiz şəkildə iştirak etmə ehtimalını artırır. Bu səbəbdən Türkiyə, Ermənistan və Azərbaycan arasında üçlü barışın sınaqdan keçirilməsi daha da vacib əhəmiyyət daşıyır.”

Həsən Oqtayın fikrincə, İsrail və Suriya arasında Bakıda keçirilən görüşlər, Trampın regionla bağlı açıqlamaları ilə üst-üstə düşərək Azərbaycanın regional diplomatik rolunu daha da gücləndirir:

“Türkiyə üçün Cənubi Qafqazda sülhün sınaqdan keçirilməsi önəmli məsələdir; həmçinin Suriyadakı hadisələr Türkiyənin əsas prioritetlərindən biridir. Türkiyə Suriyada insan haqları, qanunun aliliyi, ərazi bütövlüyü və konstitusiya bərabərliyi prinsipləri əsasında yeni bir nizam qurmaq üçün mübarizə aparır.

Azərbaycanın Türkiyənin bu mübarizəsinə dəstək verməsi həm Türkiyə-Azərbaycan əlaqələrini zirvəyə daşıyır, həm də Azərbaycanın beynəlxalq diplomatik sistemdə mövqeyinin möhkəmlənməsinə şərait yaradır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 İyul 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see203

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see139

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see138

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri