Icma.az
close
up
RU
Bu, Azərbaycanın hərbi diplomatiyasının möhtəşəm qələbəsi idi Mövqe

Bu, Azərbaycanın hərbi diplomatiyasının möhtəşəm qələbəsi idi Mövqe

Icma.az, Olke.az saytına istinadən bildirir.

“Bu gün Rusiyanının sülhməramlı adı altında Azərbaycanda yerləşdirdiyi hərbi kontingentin çıxmasından bir il ötür. Rusiya hərbi kontingenti 2020-ci il 10 noyabr tarixində 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanan üçtərəfli bəyanata əsasən 5 il müddətinə yerləşdirilməsi nəzərdə tutulurdu. Bəyanatın tələbinə uyğun olaraq Rusiya hərbi kontingentinin əsas vəzifəsi Qarabağdakı Ermənistan ordusunun qalıqlarını, separataçı-terrorçu dəstələri tərksilah edib Azərbaycan ərazisindən çıxarmaq, eyni zamanda tez bir zamanda İrəvanla Bakı arasında sülh sazişinin əldə olunmasına şərait yaratmaq idi. Lakin bu müddət ərzində biz daha çox Rusiya hərbi kontingentinin sülhməramlı missiyasını yerinə yetirmək əvəzinə bölgədə gərginliyin davam etməsi məqsədilə Qarabağdakı separatçı-terrorçu dəstənin silah-sursatla təmin olunmasına, terrorçu dəstələrin onlaırn nəzarət etdiyi ərazilərə daxil olmasına və digər xoşagəlməz hallara şərait yaradırdı. Bu da sülhə deyil, gərginliyin davam etməsinə xidmət edirdi. Hətta bununla bağlı dövlət başçısı cənab İlham Əliyevin bir neçə dəfə rus hərbi kontingentinin sülhməramlı missiya adı altında  xoşagəlməz fəaliyyətini kəskin tənqid edən xəbərdaredici bəyanatları oldu. Bu məsələ Rusiya rəhbərliyi qarşısında qaldırıldı”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat bildirib ki, bütün bunlar Rusiyanın bölgədə sülhün əldə olunmasında maraqlı olmadığı təəssüratı yaradırdı. “Bununla da Rusiya hərbi kontingenti əldə olunmuş razılşamaya əsasən bölgədə 5 il deyil, daha çox müddətə qalmaq istəyirdi. Amma cənab Prezident İlham Əliyevin müəyyən etdiyi düzgün strategiya və taktiki addımları, uğurlu diplomatiyası, həmçinin 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı  nəticəsində Azərbaycan tam suveren hüquqlarını bərpa edib, Qarabağ məsələsini köklü şəkildə həll etdiyindən Rusiya hərbi kontingenti razılaşmada nəzərdə tutulduğundan daha tez, 3 il 7 aydan sonra  Azərbaycanı tamamilə tərk etməli oldu. Nəticədə 2023-cü ildə Qarabağda antiterror əməliyyatından sonra Rusiya hərbi kontingentinin Azərbaycan ərazisində qalmasına artıq lüzum da qalmadı. Yoxsa Qarabağ məsələsi həll olunmasaydı, o zaman Rusiya sülhməramlı kontingenti 2025-ci ilin noyabrınadək Azərbaycan ərazisində qalmalı idi.

Qarabağ məsələsi tamamilə həll edildiyindən Rusiya hərbi kontingenti 2024-cü il aprelin 16-dan etibarən mərhələləi şəkildə tərk etməyə başladı və bu proses iyunun 12-də uğurlu şəkildə başa çatdı. Bu, Azərbaycanın hərbi diplomatiya sahəsində möhtəşəm qələbəsi idi. Cənab Prezident İlham Əliyevin bu uğurlu diplomatiyası Azərbaycanın təhlükəsizliyi baxımdan mühüm əhəmiyyət kəsb edir”. 

Mürtəza
Ölkə.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 İyun 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri