Icma.az
close
up
RU
Bu, Azərbaycanın mühüm diplomatik qələbəsi Açıqlama

Bu, Azərbaycanın mühüm diplomatik qələbəsi Açıqlama

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"ATƏT-in Minsk qrupunun ləğv olunması Azərbaycan dövlətinin çox mühüm diplomatik qələbəsidir. Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi müddətdə heç bir səmərəli fəaliyyəti olmayan bu təşkilatın ləğvi tamamilə məntiqli və qanunauyğun addımdır.

Bu fikirləri Olkə.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat xatırladıb ki, Azərbaycan Prezidenti və Ermənistan baş naziri ABŞ Prezidentinin iştirakı ilə avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş görüşü zamanı belə bir razılığa gəlmişdilər. "Bu razılıq çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk qrupunun ləğvi ilə bağlı  ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət ünvanladılar. Buna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin münaqişə üzrə şəxsi nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə xitam verilib. Sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Bugünlərdə isə bu təsisatın tam ləğvi prosesi rəsmi olaraq başa çatdı. 
Millət vəkilinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun fəaliyyətinin rəsmi şəkildə dayandırılması 2025-ci ilin ən mühüm siyasi-diplomatik hadisələrindən biri kimi qiymətləndirilməlidir. Bu qərar Cənubi Qafqaz üçün təkcə bir institutun bağlanması deyil, həm də regionda onilliklər boyu mövcud olmuş vasitəçilik mərhələsinin başa çatması deməkdir. Azərbaycan üçün isə Minsk Qrupunun ləğvi, ölkənin ərazi bütövlüyünün bərpasından sonra formalaşan yeni geosiyasi reallığın beynəlxalq səviyyədə tanınması baxımından əlamətdar hadisədir.

1992-ci ildə yaradılan Minsk qrupu, Ermənistan–Azərbaycan münaqişəsinin siyasi həlli üçün beynəlxalq platforma rolunu oynayırdı. Lakin illər keçdikcə bu mexanizmin təsir imkanları əhəmiyyətli dərəcədə zəiflədi. ABŞ, Fransa və Rusiyanın həmsədrliyi altında fəaliyyət göstərən format zamanla vahid mövqe nümayiş etdirmək qabiliyyətini itirdi. Xüsusilə 2022-ci ildən sonra böyük dövlətlər arasındakı kəskin siyasi ziddiyyətlər qrupun işini faktiki olaraq dondurdu”,-deyən deputat əlavə edib ki, çoxsaylı görüşlərə, sənədlərə və təşəbbüslərə baxmayaraq, Minsk qrupu münaqişənin real həllinə yaxınlaşa bilmədi. Ekspert dairələrində dəfələrlə vurğulandığı kimi, proses illər keçdikcə münaqişəni həll etməkdən daha çox onu donduran bir format halına çevrilmişdi.

Sevinc Fətəliyevanın fikrincə, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və sonrakı siyasi proseslər regiondakı vəziyyəti köklü şəkildə dəyişdi: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və uzun illər danışıqların mərkəzində dayanan “status” məsələsi tamamilə gündəmdən çıxdı. Yeni regional reallıq 1990-cı illərin başlanğıcında formalaşdırılmış vasitəçilik mexanizmlərinin davam etdirilməsini həm mənasız, həm də yersiz etdi. Bu səbəbdən Azərbaycan 2021–2023-cü illərdən etibarən Minsk qrupunun missiyasının artıq bitdiyini açıq şəkildə bəyan edirdi. Regiondakı digər aktorlar da anlayırdı ki, müasir çağırışlara uyğun yeni diplomatik yanaşmalar tələb olunur".

Millət vəkili söyləyib ki, bu ilin avqustunda Azərbaycan və Ermənistanın Minsk qrupunun və ona bağlı strukturların rəsmi şəkildə bağlanması ilə bağlı razılaşması yeni mərhələyə keçid baxımından ciddi siyasi iradənin göstəricisi idi: "Dekabrın əvvəlinə qədər ATƏT Katibliyi bütün texniki və inzibati prosedurları tamamladı və beləliklə, uzunmüddətli vasitəçilik mərhələsinə rəsmi nöqtə qoyuldu.

Minsk qrupunun ləğvi aşağıdakı əsas amillərin məntiqi nəticəsi idi: 

1. Beynəlxalq sistemdə köklü dəyişikliklər; Qlobal güclər arasındakı ziddiyyətlər həmsədrlərin vahid mövqe sərgiləməsini mümkünsüz etdi.
2. Cənubi Qafqazdakı yeni siyasi reallıq; Münaqişə faktiki olaraq həll olunub və artıq əvvəlki kimi vasitəçilik predmetindən söz gedə bilməz.
3. Regional təşəbbüslərin güclənməsi; Artıq region ölkələri təhlükəsizlik və əməkdaşlığın çərçivəsini özləri müəyyənləşdirməyə üstünlük verirlər.
4. Tərəflərin siyasi iradəsi; Azərbaycan və Ermənistan danışıqları yeni formatlarda, daha çevik və modern modellərlə aparmaq niyyətini nümayiş etdirirlər.

Bununla belə, ATƏT-in Minsk qrupunun ləğv olunması diplomatiyanın bitməsi demək deyil. Əksinə, işini görməyən mexanizmin aradan qalxması tərəflərə yeni, daha effektiv və müasir vasitələrlə əməkdaşlıq qurmaq imkanı verir. Bundan sonra sülh prosesi ikitərəfli danışıqlara, regional layihələrə və qarşılıqlı maraqlara əsaslanacaq. Azərbaycan üçün Minsk qrupunun ləğvi ölkənin ərazi bütövlüyü əsasında qurulmuş yeni reallığın bütün beynəlxalq platformalarda tanınması deməkdir. Region üçün isə bu addım onilliklərdir ki, davam edən münaqişə dövrünü arxada qoyaraq, sülh və inkişafın yeni səhifəsini açır”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:267
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Dekabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri