Icma.az
close
up
RU
Bu, Azərbaycanın iddialı planlarını reallaşdırmağa imkan verəcək Açıqlama

Bu, Azərbaycanın iddialı planlarını reallaşdırmağa imkan verəcək Açıqlama

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycanın enerji strategiyasında yeni bir mərhələyə qədəm qoyduğundan onun tələbələrinə uyğun siyasətini həyata keçirməkdədir.Yeni enerji strategiyasının hədəfi  Cənub Qaz Dəhlizinin imkanlarını genişləndirib  Azərbaycan qazının daha çox Avropa ölkəsinə çatdırmaqdır. İkinci əsas hədəf isə Azərbaycan “yaşıl enerji” sahəsində də Avropanın enerjiyə olan tələbatını etibarlı şəkildə təmin edilməsinə öz töhfəsini vermək istəyir”.
Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, bu baxımdan Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları çox ciddi tarixi əhəmiyyət kəsb edən toplantıdır.
Deputat hesab edir ki, bu toplantı  həm Cənub Qaz Dəhlizinin imkanlarınının genişləndirilməsi nəticəsində Azərbaycan qazının daha çox Avropa ölkəsinə çatdıırlmasında, həm də “yaşıl enerji” sahəsində nəzərdə tutulan layihələrin icrasına öz ciddi töhfəsini verəcək: “Bütün bu məsələlər  “Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı və inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə keçirilən  plenar sessiyalarda  geniş şəkildə müzakirə edilib və gələcək addımlarla bağlı razılığa gəlinib. Nazirlər sessiyasında çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, təbii qaz uzun müddət enerji balansının mərkəzi komponenti olaraq dayanıqlı enerji təhlükəsizliyi üçün davamlı investisiyaları zəruri edəcək və bu gün qazla bağlı məhdudiyyətlərin aradan qaldırılması sabah Avropanın enerji müstəqilliyi üçün həyati əhəmiyyət daşıyır.  Nazirin də  qeyd editiyi kimi, Azərbaycan, Avropa İttifaqı, enerji şirkətləri, regional maraqlı tərəflər və maliyyə institutları arasında koordinasiyalı və güclü əməkdaşlıqla Cənubi Qaz Dəhlizinin uğurunu yeni bir mərhələyə yüksəltmək mümkündür. Çünki enerji təhlükəsizliyi üçün diversifikasiyanın alternativi yoxdur. Bu gün 12 ölkəni təchiz edən Azərbaycan qazı və Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti məhz belə bir siyasətə əsaslanır. Azərbaycan və Avropa alıcıları arasında uzunmüddətli qaz müqavilələri, Aİ-nin təminatları və maliyyə dəstəyi, Cənubi Qaz Dəhlizinin uğurla genişləndirilməsinin əsas amilləridir və bu, nəticə etibarilə Avropanın daha dayanıqlı enerji təhlükəsizliyini təmin edəcək”.
Deputat əlavə edib ki, Azərbaycanın alternativ enerji  sahəsində də çox ciddi planları var və cənab Prezident İlham Əliyev bu istiqamətdə yürüdülən siyasət barədə toplantı iştirakçılarına məlumat verib. Dövlət başçısı qeyd edib ki,   Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək.  “Bundan əlavə olaraq Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, biz artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurmuşuq. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq. Sizi, sadəcə, məlumatlandırmaq üçün deyə bilərəm ki, bu gün Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur. Beləliklə, biz növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalı potensialımızı demək olar ki, iki dəfə artıracağıq”, - cənab Prezident qeyd edib.
Ümumiyyətlə Azərbaycanın alternativ enerji ilə bağlı çox böyük iddialı planları mövcuddur. Azərbaycan bu məqsədlə Qlobal Şimalla Qlobal Cənub arasında bir körpü rolunu oynamaq  niyyətindədir.  Bu çərçivədə neft-qaz sahəsində olduğu kimi, alternativ enerji sahəsində də  Xəzər hövzəsi, Mərkəzi Asiya bölgəsi ilə Avropa arasında meqa layihələri  həyata keçirməyi planlaşdırır. Azərbaycan Xəzər dənizindəki külək elektrik stansiyalarından və Mərkəzi Asiyadan Avropaya böyük həcmdə yaşıl enerji tədarükünə yönəlmiş  “Xəzər-Qara dəniz-Avropa”, “Mərkəzi Asiya-Azərbaycan”,  “Azərbaycan-Türkiyə Yaşıl Enerji Dəhlizi” kimi meqa layihələri mövcuddur. Əminəm  ki, cənab Prezident İlham Əliyevin  uzaqgörən, müdrik, qətiyyətli  və cəsarətli  siaysəti nəticəsində  indiyədək  həyata keçirilən digər meqa layihələr kimi, bu iddialı layihələr də uğurla icra olunacaq.
Artıq toplantı çərçivəsində “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə Anlaşma Memorandumu  imzalanıb. Adıçəkilən sənəd enerji təhlükəsizliyinin təmin olunmasında regionlararası yaşıl enerji infrastrukturunun qurulmasında, həmçinin  Azərbaycanın zəngin bərpa olunan enerji resurslarının nəqli sahəsində geniş  əməkdaşlıq imkanları yaradacaq.Bu da Azərbaycanın zəngin “yaşıl enerji” potensialı, iddialı layihələri, enerji ixracı infrastrukturunun yaradılması və ölkələrimiz arasında enerji təchizatı üzrə əməkdaşlıq təcrübəsi bu dördtərəfli təşəbbüsün gələcək uğuru üçün möhkəm təməl yaradır. Bu sənəd regional enerji təhlükəsizliyinə, həm də regional əməkdaşlığın  dərinləşməsinə  yeni töhfə verəcək. Ümumiyyətlə, istər Cənub Qaz Dəhlizinin genişləndirilməsi, istərsə də “yaşıl enerji” layihələri  region üçün etibarlı, proqnozlaşdırıla bilən və rəqabətədavamlı enerji təchizatını təmin etmək baxımından mühüm addımdır. Bu eyni zamanda Avropa bazarları arasında sabit və strateji bağlantını təmin edən həyati əhəmiyyətli enerji marşrutudur. Yeni reallıqda etibarlı tərəfdaşlar əsas rol oynayır və Azərbaycan məhz belə bir tərəfdaş olduğunu sübut edib. Şaxələndirilmiş enerji sahəsindəki əməkdaşlıq nəticə etibarı ilə  bütövlükdə bu coğrafiyada dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin, o cümlədən digər sahələrdə də sıx əməkdaşlıq formatlarının yaranması ilə nəticələnəcək. Cənab Prezident  İlham Əliyevin bu istiqamətdə yürütdüyü  uğurlu siyasət isə Azərbaycanın  qarşısındakı hədəflərə nail olub, güclü, qüdrətli dövlətə çevrilib, əhalisinin sosial rifah ahlında yaşayan,  beynəlxalq aləmdə daha nüfuzlu  bir ölkəyə çevrilməsinə gətirib çıxaracaq”. 
Mürtəza 
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Aprel 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see236

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see234

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see201

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see155

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see147

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see147

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see146

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see143

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see143

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see140

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see135

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see132

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see130

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see128

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see126

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see125

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri