Icma.az
close
up
RU
“Bu, Azərbaycanın mövqeyinin güclənməsinə ciddi təsir göstərir”

“Bu, Azərbaycanın mövqeyinin güclənməsinə ciddi təsir göstərir”

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədlərindən biri də dünya birliyinə inteqrasiya, beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişləndirilməsindən ibarətdir.

Dövlətimiz bu siyasəti 1990-cı illərin əvvəllərindən – ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən bəri uğurla davam etdirir. Azərbaycan bu gün bölgə ölkələri ilə qarşılıqlı əməkdaşlıq, beynəlxalq aləmdə öz sözünü demiş böyük dövlətlərlə uğurlu tərəfdaşlıq fonunda, həm də dünyanın aparıcı beynəlxalq qurumlarında kifayət qədər fəal iştirak edir.

Möhkəm təməl üzərində yaradılan güclü iqtisadi potensial, toplanmış maliyyə resursları, cəmiyyət həyatının bütün sahələrinin dinamik tərəqqisi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin uğurla həlli Azərbaycana tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürütməyə imkan verib.

Ümumiyyətlə, həyata keçirilən qlobal miqyaslı tədbirlər Azərbaycanın dövlətlərarası əlaqələrini gücləndirməklə bərabər, həm də ölkəmizin dünya miqyasında nüfuzunun daha da artırılmasını, Cənubi Qafqazda lider dövlətə çevrilməsini şərtləndirib.Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlığının genişləndirilməsi ölkənin mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır.

Dünyanın aparıcı dövlətlərinin maraqlarının toqquşduğu regionda iqtisadi inkişafa və siyasi sabitliyə nail olmaq üçün dünya birliyinə inteqrasiya etmək ciddi əhəmiyyət kəsb edir.

Azərbaycanın region, eləcə də dünya ölkələri və beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı ölkəmizin etibarlı və dayanıqlı tərəfdaş olduğundan xəbər verir. Dövlətimizin beynəlxalq münasibətlər sistemində yerini möhkəmlətməsində əsas ağırlıq enerji siyasətinin üzərinə düşür. Nəzərə almaq lazımdır ki, enerji siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün uğurla davam etdirilir. Sözsüz ki, qlobal güclərin diqqətindən yayınmayan Azərbaycan milli maraqlarına xidmət edən siyasəti nəticəsində beynəlxalq arenada nüfuzlu gücə çevrilib.

Azərbaycanın istər regional, dövlət istər dünya birliyinə inteqrasiyası çox mühüm məsələdir. Məlumdur ki, 44 günlük müharibədə qələbəyə qədər bu bir başqa istiqamət idi, indi artıq şanlı qələbəmizdən sonra inteqrasiya məsələsi daha da gündəmdədir. Çünki Azərbaycanı artıq qalib və paralel olaraq enerji təhlükəsinə təhdidin qarşısını alan bir dövlət kimi qəbul edirlər. Azərbaycan əksər dövlətlərlə, istər Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı və bir sıra beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Bu gün Azərbaycan beynəlxalq arenada söz sahibidir. Bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində Türk dövlətləri ilə qarşılıqlı münasibətimnizin möhkəmlənməsi, prezidentimizin Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan , Qırğısıztan kimi ölkələrə işgüzar səfərləri və həmin dövlətlərin rəhbərlərinin Azərbaycana səfərləri, işğaldan azad olunmuş ərazilərdə Türkiyə, Qırxısıztan, Belarusiya və digər dövlətlərin rəhbərlərinin müxtəlif infrastrukturlarının açılışında iştirak etməsi, birliyimizin dünyaya qarşı bir münasibəti və nümayişidir. Məlumdur ki, hərbi sahədə Türk ordusu modelində ordu quruculuğu işləri uğurla davam edir.

Qısa müddətdə Azərbaycan-Türkiyə-Gürcüstan hərbi tərəfdaşlığı, müxtəlif dövrlərlərlə strateji əməkdaşlıqla bağlı imzalanan müqavilələrimiz, yəni bunlar çox mühüm əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, Azərbaycanın son dövrlər beynəlxalq əlaqələrinin genişləndirilməsi ölkənin həm nüfuzunu, həm də gücünü artırır:

“Azərbaycanın beynəlxalq aləmdə tanınması və legitimliyinin möhkəmlənməsi istiqamətində mühüm addımlar atılır. Xüsusilə son vaxtlar Azərbaycanla Ermənistan arasında formalaşan əməkdaşlıq mühiti hər iki ölkənin beynəlxalq reytinqinə müsbət təsir göstərir.”

Politoloqun sözlərinə görə, ABŞ ilə əməkdaşlığın inkişafı, strateji sənədlərin hazırlanması, müxtəlif beynəlxalq qurumlarla tərəfdaşlıq münasibətləri ölkənin mövqeyini daha da gücləndirir:

“Eyni zamanda Afrika ölkələri də daxil olmaqla, regiondan kənar dövlətlərlə əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın beynəlxalq arenada tanınmasına və nüfuzunun artmasına xidmət edir.”

Əli Mustafa vurğulayıb ki, geniş beynəlxalq əlaqələr ölkənin suverenliyinin möhkəmlənməsinə də töhfə verir:

“Dövlət nə qədər çox tanınarsa və beynəlxalq münasibətlərə malik olarsa, ona qarşı təhlükə və təhdidlər də bir o qədər azalır. Beynəlxalq birlik suverenliyə yönələn risklərin qarşısının alınmasında mühüm rol oynayır.”

Ekspert əlavə edib ki, enerji sahəsində – xüsusilə neft və qaz ticarətinin genişlənməsi də Azərbaycanın mövqeyinin güclənməsinə ciddi təsir göstərir.

Aynurə İsmayıl
KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Yanvar 2026 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see449

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see283

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see192

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see184

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see180

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see178

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see161

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see152

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see152

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see140

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see138

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri