Icma.az
close
up
RU
Bu, Azərbaycanın Şimali Kiprlə bağlı dünyaya ciddi mesajı idi Deputat

Bu, Azərbaycanın Şimali Kiprlə bağlı dünyaya ciddi mesajı idi Deputat

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Yeni dünya düzəninin formalaşması istiqamətində gedən proseslər türk dövlətlərinin və xalqlarının birliyini zərurətə çevirib. Cənab Prezident İlham Əliyevin dövlət başçısı kimi siyasətində Türk Dövlətləri Təşkilatı çərçivəsində türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində yürütdüyü xarici siyasətin prioritetini təşkil edir. Türk Dövlətləri Təşkilatının yaranması, formalaşması və beynəlxalq arenaya çıxmasında cənab Prezident İlham Əliyevin müstəsna rolu olub. Odur ki, Azərbaycan türk dövlətlərinin və xalqlarının birliyinin güclənməsində mühüm rol oynayan ölkədir”.

Bunu Ölkə.Az-a açıqlamasında Azərbaycan-Şimali Kipr Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyev deyib.

Deputat Azərbaycan Prezidentinin 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqini xatırladıb: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

O əlavə edib ki, bu gün Prezident İlham Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə müstəqil türk dövlətləri ilə deyil, hələ də beynəlxalq aləmdə müstəqilliyi tanınmayan türk dövlətləri, muxtar respublikaları ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir: “Cənab Prezidentin Şimali Kipr Türk Respublikasının beynəlxalq aləmdə bir müstəqil dövlət kimi tanınması istiqamətində yürütdüyü  siyasət dediklərimizin bariz nümunəsidir. Bu gün Azərbaycan Şimali Kipr Türk Respublikasının beynəlxalq aləmdə tanınmasında Türkiyədən sonra ikinci hami dövlət rolunda çıxış edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ŞKTR TDT-nin sammitində iştirak edərək müşahidəçi üzv status alıb. TDT-nin Şuşada keçirilən Zirvə toplantısında iştirak edib. Cənab Prezident İlham Əliyevin aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" beynəlxalq forumunda Şimali Kipr Türk Respublikası barədə səsləndirdiyi fikirlər isə dünyaya açıq  və çox ciddi bir mesaj idi.

“Bilirsiniz ki, Prezident Ersin Tatar Azərbaycanda səfərdə olub. Azərbaycan Şimali Kipr Türk Respublikasının TDT-ya müşahidəçi qismində qatılmasında mühüm rol oynayıb. Bunun necə baş verdiyini bilirsiniz, çox təfərrüatlara varmaq istəmirəm, amma biz bunu fəal şəkildə müdafiə edənlərdən olduq. Prezident Tatar Şuşada təşkilatın qeyri-rəsmi Sammitinə mənim tərəfimdən dəvət olunmuşdu və o, Şimali Kipr bayrağı ilə bizimlə idi. Beləliklə, bizim əlaqələrimiz davam edir. Bilirsiniz ki, vətəndaş cəmiyyətinin, Azərbaycan hökumətinin, parlamentinin nümayəndələri ŞKTR-yə tez-tez səfərlər edir, Şimali Kiprdən Azərbaycana səfərlər həyata keçirilir. Yəni biz hər zaman qardaşlarımızlayıq, siyasətimiz hər zaman çox aydındır. Şimali Kiprdə öz dövlətinə sahib olmağa layiq qardaşlarımıza necə kömək edə biləcəyimizdən başqa bir gündəmimiz yoxdur. Onlar tarix və əməlləri ilə buna layiqdirlər. 
Azərbaycana gəldikdə, məncə, Şimali Kiprdəki qardaşlarımız arasında heç bir şübhə yoxdur ki, biz müstəqil ölkə qurulana qədər, sona qədər sizinlə olacağıq. Əlbəttə ki, beynəlxalq birlik tərəfindən tanınana qədər sizinləyik”, - Prezident İlham Əliyevin beynəlxalq aləmə ünvanladığı mesajı belə oxumaq olar: Azərbaycan ŞKTR de-fakto müstəqil dövlət kimi tanıyır. 

İkitərəfli münasibətlər davalı olaraq inkişaf edir. Elə bu günlərdə Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumunda ŞKTR Prezidenti Ersin Tatarla görüşüb. Parlament səviyyəsində də münasibətlər yüksək səviyyədədir və davamlı olaraq səfərlər həyata keçirilir. Bütün bunlar Azərbaycan-ŞKTR arasında ikitərəfli münasibətlərin  necə yüksək səviyyədə olduğunun göstəricisidir.

Hesab edirəm ki, ŞKTR-in dünyada müstəqil dövlət kimi tanınması istiqamətində müstəqil türk dövlətlərinin bir yol xəritəsi və buna uyğun birgə fəaliyyət planı olmalıdır. Birgə fəaliyyət daha effektiv olar”.

Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Aprel 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri