Deputat Şimali Kiprlə əlaqələrin genişləndirilməsindən danışıb
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Noyabrın 18-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) müstəqilliyinin elan edilməsinin 43-cü ildönümü münasibətilə tədbir keçirilib.
Gununsesi.info xəbər verir ki, tədbir Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətinin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra hər iki xalqın şəhidlərinin xatirəsi ehtiramla yad edilib.
Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turqanər çıxışında xalqının azadlıq, varlığını qorumaq və öz müqəddəratını təyin etmək uğrunda mübarizəsindən danışıb. O, Azərbaycanla Şimali Kipr arasında iqtisadiyyat, ticarət, turizm, səhiyyə və ali təhsil sahələrində əlaqələrin inkişaf etdiyini bildirib.
Milli Məclisin deputatı, Azərbaycan–Şimali Kipr parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasını Türk dünyası tarixində milli iradənin və müstəqillik uğrunda siyasi mübarizənin nümunələrindən biri kimi qiymətləndirib.
Deputat qeyd edib ki, Şimali Kipr Türk Cümhuriyyətinin 2022-ci ildə Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilməsi, eləcə də Türk dünyasının Şuşa və Qəbələdə keçirilən zirvə toplantılarında təmsil olunması dövlətlər arasında birlik və həmrəyliyin göstəricisidir:
“Xüsusilə elm, təhsil, kənd təsərrüfatı, turizm sahəsində əlaqələrimiz kifayət qədər mövcuddur və hazırda Şimali Kiprdə mindən çox azərbaycanlı tələbə təhsil alır. Mindən çox Azərbaycan vətəndaşı Şimali Kiprdə vətəndaşlıq statusu əldə edib və orada fəaliyyət göstərir. Şimali Kiprdə Azərbaycan vətəndaşlarına işləmək üçün imtiyazlı icazə verilir, yəni Azərbaycandan gəlmiş əmək miqrantlarına işləmək üçün əlavə heç bir icazə tələb olunmur. Bu kimi üstünlüklər yaradılıb. Eyni zamanda, Azərbaycanda Şimali Kiprlə ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə maraq var”,-deyə deputat əlavə edib.
Şəbnəm Rəhimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 19 Noyabr 2026 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















