Bu, AzərbaycanTürkiyə əlaqələrini daha da gücləndirdi Fuat Oktay
Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Sizə Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırıram. Bu günün Azərbaycan xalqına xeyirli olmasını arzu edirəm. Son seçkilərə görə Azərbaycanı təbrik edirəm. Milli Məclisə uğurlar arzu edirəm".
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Fuat Oktay deyib.
O bildirib ki, Azərbaycan Parlamenti ilk müqaviləni Osmanlı ilə imzalayıb.
"Biz istiqlal mübarizəsində can qardaşlarımıza dəstək olduq. Nuri paşa Azərbaycana göndərildi. Azərbaycan Milli Məclisinin qurucusu Rəsulzadəni hörmətlə anıram. Heydər Əliyevin "Bir millət, ili dövlət" sözləri münasibətlərin ən yaxşı ifadəsidir. Öndər Atatürk "Sevincimiz bir, kədərimiz biridir" deyirdi. Ölkələrimiz arasındakı iş birliyi sürətlə inkişaf edir. XXI əsrdə tarix yazırıq".
Türkiyə rəsmisi qeyd edib ki, beynəlxalq hüquq tamamilə çöküb:
"İkinci Dünya müharibəsindən sonra beynəlxalq hüquq çökdü".
"Vətən Müharibəsindəki qələbə münasibətləri daha da gücləndirdi. Cənubi Qafqazda yeni reallıqlar yaranıb. İstəyirik ki, sülh daimi olsun. Azərbaycan Türkiyə qardaşlığı daimi olsun".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 07 Dekabr 2024 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















