Icma.az
close
up
RU
Fuat Oktay: AzərbaycanTürkiyə XXI əsrdə tarix yazmağa davam edir

Fuat Oktay: AzərbaycanTürkiyə XXI əsrdə tarix yazmağa davam edir

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bu gün biz Azərbaycanın tarixi qərarlarının qəbul olunduğu bu ali məclisin yaradılmasının 106-cı ildönümünü birlikdə qeyd edirik. 106 il əvvəl, tarix səhifələri 1918-ci il mayın 28-i göstərdiyi zaman Can Azərbaycan öz müstəqilliyini elan etdi və 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə ilk müqaviləni imzaladı. Bu müqavilənin 4-cü maddəsinə uyğun olaraq Osmanlı hökuməti Nuri Killigil Paşanı Qafqaz İslam Ordusu ilə erməni və bolşevik quldur dəstələrinin işğalına qarşı ingilis qüvvələri Azərbaycana göndərildi. O illərdə  biz də Anadoluda yeddi gücə qarşı müstəqillik uğrunda mübarizə aparırdıq".
Ölkə.Az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusuna həsr edilmiş beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.
F.Oktay  bildirib ki, o vaxtlar millətimizin od köynəyi geydiyi, iki qardaşın məhv olub tarixə qovuşmaq istənildiyi illər idi. "Tarixə gömülmək bir yana, bu çətin şəraitdə şanlı qələbələrə imza atdıq. Biz bir-birimizin müstəqilliyini, azadlığını öz müstəqilliyimizdən, azadlığımızdan ayrı görmədik. Canımızı, qanımızı qurban verdik, şanlı qələbələr qazandıq.
Nəhayət, düz 106 il əvvəl bu gün, 1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin Məclisi işinə başladı. Bu münasibətlə Azərbaycan Respublikası Milli Məclisinin qurucusu mərhum Məmməd Əmin Rəsulzadəni bu tarixi gündə rəhmət və ehtiramla yad edirəm", - o qeyd edib.
Türkiyəli deputat əlavə edib ki, Azərbaycan və Türkiyəyə gəlincə, biz həmişə  qəlbimizin dilində danışırıq: "Qəlbimiz  də deyir ki, biz öz yurdumuzda, öz qardaşlarımızın yanındayıq.
Cümhuriyyətimizin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri ortaq tariximizin əlamətlərindəndir.
Hər sahədə əməkdaşlığımız güclü və möhkəm şəkildə inkişaf edir, çünki bu, iki dost ölkə deyil, iki əsl qardaş arasında olmalıdır. Dövlət başçılarımızın və millətimizin güclü iradəsinə uyğun olaraq biz XXI əsrdə tarix yazmağa davam edirik.
Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirən coğrafiyada yerləşən ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələri həm regionun, həm də qlobal iqtisadiyyatın sabitliyinə və çiçəklənməsinə töhfə verir".
F. Oktay onuda bildirib ki, bizim əsas istəyimiz regionda gərginliyi azaltmaq və problemləri dialoq yolu ilə həll etməkdir: "Arzu edirik ki, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi tezliklə uğurla başa çatsın.
Qarabağ zəfəri ilə əldə edilən bu fürsət həm də Cənubi Qafqazda daimi sülhün, sabitliyin və inkişafın təmin edilməsi üçün bir şansdır".
Parlamentlərarası əlaqələrə toxuna fuat Oktay bildirib ki, bizim ümumi baxışımızın və gələcəyimizin qurulmasında daha mühüm rol oynayacağına tam inanıram:
"Parlamentlərimizin çoxəsrlik təcrübəsi ilə əməkdaşlığı ürəyimizdə təzə tumurcuqlar çıxaracaq və bizi beynəlxalq platformalarda daha da irəli aparacaq.
İnanırıq ki, Türkiyə-Azərbaycan qardaşlığı sonsuza qədər davam edəcək. Biz Bakını Ankaradan, Laçını İstanbuldan, Şirvanı Bursadan, Ağdaşı İzmirdən ayrı görmürük və görməyəcəyik də".
Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Dekabr 2024 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri