Bu balıq növünü yeməyin Yaşlı insanlara xəbərdarlıq
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Balıq sağlam qidalanmanın vacib hissəsi hesab olunsa da, mütəxəssislər bəzi növlərinin xüsusilə yaşlı insanlar üçün risk yarada biləcəyini bildirirlər.
Milli.Az xəbər verir ki, həkimlər yaşlı şəxslərə hisə verilmiş skumbriya və digər yağlı hisə verilmiş balıqları tez-tez istehlak etməməyi tövsiyə edirlər.
Mütəxəssislərin sözlərinə görə, bu məhsulların tərkibində yüksək miqdarda duz, konservantlar və hisəvermə prosesi zamanı yaranan bəzi maddələr olur. Bu isə ürək-damar sistemi, böyrəklər və ümumi sağlamlıq üçün əlavə yük yarada bilər.
Qeyd olunur ki, balıq ümumilikdə zülal, omeqa-3 yağ turşuları və faydalı mikroelementlərlə zəngin olduğundan sağlam qida hesab edilir. Lakin yaş artdıqca qida seçimlərinə daha diqqətlə yanaşmaq və duzlu, emal olunmuş məhsulların qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur.
Həkimlər yaşlı insanlara hisə verilmiş məhsullar əvəzinə təzə, sobada və ya buğda bişirilmiş balıqlara üstünlük verməyi məsləhət görürlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 04 İyun 2026 07:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















