Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

Həyatın oyunu... Gələcəyimiz yaşlı insanlara qalacaq

Həyatın oyunu... Gələcəyimiz yaşlı insanlara qalacaq

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

“Əhali göstəricilərində yaşlı insanların çoxalması, gənclərin azalması ciddi problemdir, Problem həllini tapmadıqca, ölkəmizdə demoqrafik vəziyyət qarşıdakı illərdə dərinləşə bilər”. 

Bu fikirləri “Sherg.az"a açıqlamasında sosioloq Mətanət Məmmədova bildirdi. 

Xatırladaq ki, Milli Məclisin ötən iclasında deputat Fazil Mustafa ölkədə yaşlı əhalinin sayının artdığını, gənclərin sayınınsa azalmaqda olduğunu deyib. Deputat təklif edib ki, uşaqların doğumuna görə birdəfəlik müavinətin miqdarı artırılmalıdır:

 “Uşaqların doğumuna görə birdəfəlik müavinət artırılıb. Amma kateqoriyaları bir az ayırmaq lazımdır. İşsiz, imkanı olmayan şəxslər üçün eyni standart, doğulan uşağa görə 500 manatın verilməsi ədalətli sayılmır. Biz demoqrafik siyasətlə bağlı stimullaşdırıcı addım atmırıq. Yaşlı əhalinin sayının azalması doğum faizinin aşağı düşməsinə görədir. Hamiləlik və doğuma görə vəsaitin artırılması vacibdir”. 

Sosioloq Mətanət Məmmədova da qeyd edilənlərlə razılaşdığını bildirdi:   

- Bəli, əhali arasında yaşlı insanların sayı artmaqdadır, gənclərin sayı isə azalmaqda.   Qarşıdakı illərdə bu nisbət daha da dərinləşə bilər. Bu da əsasən doğum faizinin aşağı düşməsinə görədir. Doğum faizi aşağı düşürsə, təbii olaraq yaşlı insanların sayı artmış olur. Bu, qanunauyğun prosesdir. Doğum səviyyəsinin aşağı düşməsi, məntiqi yanaşma ilə gələcəkdə yaşlı insanların sayının çox olacağı ehtimalını artırır.  Bu isə demoqrafik vəziyyətə də mənfi təsirini göstərəcək. Hazırda Azərbaycan ailəsi 3 (ana, ata 1 övlad), çox az hallarda 4 (ata, ana, 2 övlad), təsadüfi hallarda isə 5 nəfərdən (ata, ana, 3 övlad) ibarətdir. Qadınlar çox nadir hallarda 3-cü övlad dünyaya gətirir. Müasir ailələr, ümumiyyətlə, 1 uşaqla kifayətlənirlər. Bunu da məhz sosial-iqtisadi amillərlə, maddi çətinlik, işsizlik, evsizlik problemi ilə əlaqələndirirlər. Bu problemlər dərindən təhlil olunmalı və həqiqəti hansı dərəcədə əks etdirdiyi dəqiq öyrənilməlidir. İşlə təminat var, məşğulluq faizi filan qədərdir, deməklə, problemin üzərini örtmək, yaxşı bir şey vəd etmir. Əgər biz həqiqətən də gələcəkdə demoqrafik problemlə üzləşmək istəmiriksə, problemlər zamanında həll edilməlidir. 

Sosioloq qeyd etdi ki, əhali nisbətinin tənzimlənməsi üçün əsaslı işlər həyata keçirilməli, sosial layihələr icra olunmalıdır: 

- Rusiyada doğum faizinin aşağı olması bir müddət əvvəl bu ölkənin parlamentində müzakirəyə çıxarıldı. Deputatlar təklif etdilər ki, yeni doğulanlar üçün əlavə ödənişlər tətbiq edilsin, hətta evlənməyənlər, subay gənclər cərimələnsin. Düzdür, bunun kəskin reaksiyalara səbəb olacağı da deyildi, amma ən azından problem müzakirəyə çıxarılıb. Ölkəmizdə demoqrafik vəziyyət pis deyil. Amma doğum faizinin aşağı düşdüyü, ailə tərkiblərinin azaldığı faktdır. Hazırda yeni qurulan ailələrdə 1 uşaqla kifayətlənirlərsə,  60-70 ildən sonra yaşlı insanların sayı ilə gənclərin sayı arasında kəskin fərq özünü göstərəcək.  Normal halda əhali tərkibində gənclər çoxluq təşkil etməlidir. Doğum faizi normaldırsa, bu, məhz belə olur. Amma hansı ölkədə ki evliliklərin sayı, doğum faizi aşağı düşür, orada getdikcə yaşlı insanların sayı artır. Cins tərkibi problemi də var. Selektiv abortlar daha bir təhlükədir. Qız uşaqlarının arzu edilməməsi, oğlan uşaqlarına üstünlük verilməsi, gələcəkdə yaşlı insanlar arasında kəskin cins fərqi yaradacaq. Kişilərin sayı çox olacaqsa, bu da evlənmə məsələsində ciddi problem yaradacaq. Oğlanlar,  bu gedişlə, evlənməyə qız tapmayacaqlar. Evlilik sayı azalacaq, deməli. Disbalans evlilik və bundan irəli gələrək də doğum faizinin aşağı düşməsinə gətirib çıxaracaq. Selektiv abortlar sosial həyatın başqa sahələrində mənfi təzahürlər yaradır. Necə ola bilər ki, məsələn, bir çox sahələrdə yalnız kişilər çalışsın, qadın gözə dəyməsin?!. Cəmiyyətdə qadın-kişi sayı balanslı olduqda həyat rəvan şəkildə davam edir.  Əksi isə tarazılığın pozulması deməkdir.  Tarazlıq pozulmuş cəmiyyət müsbət ola bilməz. Ona görə də bu təhlükələr nəzərə alınmaqla aztəminatlı ailələr üçün sosial paket siyasəti işlənməli, evliliklərinin sayının artmasına yönələn tədbirlər həyata keçirilməlidir. Məsələn, yeni evlənənlərin mənzilə sahib olmaları üçün güzəştlər tətbiq edilməlidir. Hazırda  gənclərin əsas problemi evsizlikdir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Dekabr 2024 00:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri