“Bu barədə düşündükcə, yuxuya gedə bilmirəm”
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, “naməlum uçan obyektlərin” (UFO) ABŞ-nin gizli nüvə obyektləri yaxınlığında görünməsi barədə məlumatlar onu ciddi narahat edir.
“Qafqazinfo” “Daily Star”a istinadən xəbər verir ki, o bu fikirləri “The Age of Disclosure” adlı sənədli filmdə səsləndirib.
Filmdə daha əvvəl açıqlanmamış üç yeni UFO hadisəsinin təqdim ediləcəyi bildirilir. Rubio həmin materialların bir hissəsində qeyd edib ki, müşahidə edilən obyektlərin ABŞ hökuməti və ordusu ilə heç bir əlaqəsi yoxdur. O, bu hadisələr barədə ölkə rəhbərliyinə hesabat verildiyini, lakin məlumat mənbələrinin ictimailəşdirilməməsi üçün xəbərdarlıq aldığını da deyib.
“Bu məsələ mənə rahatlıq vermir. Gecələr belə, bu barədə düşündükcə, yuxuya gedə bilmirəm”, – deyə dövlət katibi söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 21 Oktyabr 2025 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















