Bu baş verərsə, bütün silahlarımızı istifadə edəcəyik Putin
Icma.az, Manset portalına istinadən məlumat verir.
Qazaxıstanın paytaxtı Astana şəhərində KTMT Zirvəsi sonrası mətbuat konfransı keçirən Rusiya Prezidenti Putin, Ukraynanın Qərbin təchiz etdiyi uzaqmənzilli silahlarla Rusiyaya hücum etdiyini bildirərək, bunun Qərbin münaqişəyə müdaxiləsi olduğunu vurğulayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Putin, Rusiyanın bu hücumlara cavab verəcəyini və hədəflərin Müdafiə Nazirliyi tərəfindən müəyyən ediləcəyini açıqlayıb.
O, Rusiyanın "Oreşnik" raketini sınaqdan keçirdiyini və bu raketin gələcəkdə yenilənəcəyini bildirib.
Həmçinin, Ukraynaya nüvə silahı verilməsinin qarşısını alacaqlarını qeyd edərək, "Ukrayna nüvə silahına sahib olarsa, bu halda sahib olduğumuz bütün silahları istifadə edəcəyik. Buna icazə verməyəcəyik. Əgər Ukraynaya nüvə silahı rəsmi şəkildə verilsə, bu, "Nüvə Silahlarının Yayılmasının Əngəllənməsi Müqaviləsi" ilə bağlı bütün öhdəliklərin pozulması demək olacaq. Ukraynada buna icazə verməyəcəyik. Hər addımı izləyəcəyik" deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 28 Noyabr 2024 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















