Bu baxımdan onlayn kreditlərin olması yaxşıdır İqtisadçı
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Onlayn kreditlərə marağın artması əsasən rahatlıq və sürətli xidmətlə bağlıdır. Yəni çox rahat şəkildə, bir neçə dəqiqə ərzində kredit üçün müraciət etmək mümkündür. Kredit tez bir zamanda təsdiqlənir və əlavə əziyyət çəkmədən vəsait əldə olunur. Bu, əslində normal və müsbət haldır. Faizlərə gəldikdə isə, onlayn kreditlərdə faizlər bəzi hallarda adi kreditlərlə eyni səviyyədə olur, bəzən isə daha aşağı olur. Ən azından əlavə xərclər tələb olunmur. Bu baxımdan onlayn kreditlərin olması yaxşıdır”.
Bunu iqtisadçı ekspert Natiq Cəfərli 525.az-a bildirib. İqtisadçının sözlərinə görə, əsas problem onlayn kreditlərin özü deyil, kreditləşmənin istiqamətidir:
“Azərbaycanda kredit portfelinin böyük hissəsi istehlak kreditlərinə yönəlib. İstehsal, kənd təsərrüfatı və biznes sahələrinə kredit verilməsində nə banklar kifayət qədər maraqlıdır, nə də mövcud iqtisadi vəziyyət buna stimul yaradır. Bu isə iqtisadiyyatın zəifləməsinə və durğunluq dövrünə daxil olmasına səbəb olur. Əgər kredit resursları daha çox real sektorun inkişafına yönləndirilsə, bu həm iqtisadi aktivliyi artırar, həm də uzunmüddətli dayanıqlı inkişaf üçün əlavə imkanlar yaradar. Buna baxmayaraq, onlayn kreditlərin mövcudluğu müasir bankçılıq sisteminin vacib hissəsidir və rəqəmsal maliyyə xidmətlərinin inkişafı baxımından müsbət qiymətləndirilməlidir".
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 01 İyun 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















