Icma.az
close
up
RU
“Hökumət problemləri etiraf edirsə, bu yaxşıdır” İqtisadçı KONKRET

“Hökumət problemləri etiraf edirsə, bu yaxşıdır” İqtisadçı KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, sitat: “Süd və ət məhsullarının idxaldan asılılığı azaldılacaq. 2030-cu ilədək süd istehsalının 10%, mal əti istehsalının isə 20 % və qoyun əti istehsalının 9 % artırılması nəzərdə tutulur”.

KONKRET.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli “Facebook” səhifəsində yazıb.

O bildirib ki, hökumətin icra qolu əvvəlki səhvləri təhlil edərək, yeni addımlar təklif etməlidir:

“Hörmətli İlhamə xanım, çox gözəl arzular, istəklərdir, amma sullar yaranır:

1) Bu hədəflərə necə nail olunacaq, yol xəritəsi, tədbirlər ardıcıllığı nədən ibarətdir?

2) Rəsmi statistikaya əsasən, son 5 ildə (2021–2026-cı illər ərzində) Azərbaycanda iribuynuzlu mal-qaranın sayı hər il azalaraq ümumilikdə 215,2 min baş (yaxud təxminən 8,1%) azalıb. 2021-ci ilin əvvəlində ölkədə 2 milyon 650,7 min baş iribuynuzlu heyvan olduğu halda, 2026-cı ilin əvvəlinə bu göstərici 2 milyon 435,5 min başa düşüb – bunun səbəbləri araşdırılıbmı?

3) Rəsmi statiskiya görə son 5 ildə (2021–2026-cı illər ərzində) Azərbaycanda xırdabuynuzlu heyvanların (qoyun və keçi) sayı 1 milyon 399,1 min baş (yaxud təxminən 17,1%) azalıb. 2021-ci ilin əvvəlində ölkədə 8 milyon 156,9 min baş qoyun və keçi olduğu halda, 2026-cı ilin yanvarın 1-i vəziyyətinə bu göstərici 6 milyon 757,8 min başa qədər geriləyib – yaxşı, 5 ildə 17%-dən çox azalma olubsa, kim zamənət verir ki, növbəti 5 ildə qoyun-quzu əti istehsalı 9% artacaq? Niyə artsın ki, son 5 ildə azalma trendi varsa, bu trend nə səbəbə dəyişəcək?

4) Son 5 ildə diri iribuynuzlu heyvan idxalı miqdar baxımından təxminən 3 dəfə artıb – tam 3 dəfə! Say etibarı ilə son 5 ildə 225 min iribuynuzlu mal-qara ölkəyə idxal edilib. Yaxşı, indi nə addımlar olacaq ki, idxaldan asılılıq azalacaq?

5) Son 5 ildə diri qoyun və keçi idxalı 1,6 dəfədən çox (təxminən 160%) artıb – say etibarı ilə son 5 ildə ölkəmizə 931 min diri qoyun-keçi idxal edilib. Xub, bəs indi hökumət nə edəcək ki, idxal azalacaq?!

Hökumətin icra qolu problemləri etiraf edirsə, bu yaxşıdır, amma, onların işi problemləri həll etmək, əvvəlki səhvləri təhlil edərək, yeni addımlar təklif etməkdir – ən azından, elə olmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 İyun 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri