Icma.az
close
up
RU
Bu bəlalı dövrü ibrətli tarixə çevirən ölməz milli lider Heydər Əliyev oldu ŞƏRH EDİLDİ

Bu bəlalı dövrü ibrətli tarixə çevirən ölməz milli lider Heydər Əliyev oldu ŞƏRH EDİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"İnsanlar dünyaya eyni tale və yaşam tərzi ilə gəlmirlər. Sevib-sevilmək üçün doğulmuş insan özü və çevrəsi üçün ən yüksək duyğu-düşüncələrlə yaşayıb-yaradır. Belə adamlar hamıya xoş münasibət göstərir, köməyini heç kəsdən əsirgəmir. Xeyirxah əməlləri onları cəmiyyətdə geniş tanıdır, hörmət və nüfuzu onu daha əziz edir. Yaxşı əməllərin əks-sədası geri qayıdaraq kamil insanlara mənəvi zənginlik yaradır. Amma dahilər, lider doğulmuşlar yaxın çevrəsi üçün deyil, bütün xalq üçün yaşayır, xalqı üçün faydalı olur. Onların xoş məramları, dərin zəkaları, gördükləri fövqəl işlər mənsub olduqları xalqın tarixini, taleyini dəyişir, ölkəsini dağıdıcı fəlakətdən xilas edib yüksək inkişafa yönəldir". Bu sözləri SİA-ya açıqlamasında deputat Rəşad Mahmudov deyib.

O bildirib ki, adı Vətən qədər əziz, and yeri kimi müqəddəs olan xalqımızın dahi oğlu Heydər Əliyev belə lider idi: "Yaratdığı tarix kimi, tarixə çevrilərək əbədiləşən böyük Heydər Əliyev bəşəriyyət üçün yüksək dəyər daşıyan dünya miqyaslı siyasətçi və dövlət xadimi kimi fenomenə çevrildi. Xalqımızın dünyaya təqdim etdiyi mükəmməl insan və qüdrətli lider olan Heydər Əliyev bütün şüurlu fəaliyyətini ölkəmizin yüksəlişinə, Vətənin xoşbəxtliyinə həsr edərək xalqı üçün yaşayıb-yaradaraq yüksək amallar uğrunda mübarizə apardı. Bu mübarizənin qalibi Azərbaycan oldu!

Zaman sürətlə gələcəyə yön alıb, həyat durmadan dəyişir. Yaxın keçmişdə yaşadığımız fəlakət və uğursuzluqlar arxada qaldıqca da əhatəli görünür. Bədnam qonşumuzun ölkəmizə namərd basqısını, törətdiyi faciələri, öz içimizdə yağıya dönənlərin xəyanətlərini yada saldıqca düşünürsən: Əgər Heydər Əliyev kimi varlığında mükəmməl bir dövlət idarəçiliyi daşıyan dahi olmasaydı, xalqımız məhv olmaqdan xilas ola bilərdimi? Nə yaxşı ki, xalqımızın Heydər Əliyev kimi müdrik, iradəli, qorxubilməz və cəsarətli lideri var imiş.

Heydər Əliyevsiz Azərbaycanın nələr çəkdiyi, hansı müsibətlər yaşadığı onun böyük siyasətdən kənarlaşdığı dövrün fəlakətləri ilə tarixə həkk olunub. Bu, sadəcə, böhran, dağılma, yoxolma təhlükəsi deyildi, bütöv bir gələcək üçün ibrətə çevriləsi dərs idi. Bu bəlalı dövrü ibrətli tarixə çevirən isə ölməz milli lider Heydər Əliyev oldu.

Qırmızı imperiyanın törətdiyi 20 Yanvar qırğını, milli varlığımızın qəsdinə durmuş vəhşi erməni toplumunun gerçəkləşdirdiyi Xocalı soyqırımı kimi misilsiz faciələr ona görə baş vermişdi ki, daxili və xarici düşmən qüvvələr Heydər Əliyevi öz xalqından ayrı sala bilmişdilər. Bölgədə erməni ağalığı, torpaqlarımızın ardıcıl işğal olunması, ölkəni bürümüş separatizm alovu, respublikada mövcud olan siyasi, iqtisadi, hərbi böhran, qanunların işləməməsi, vətəndaş itaətsizliyi ona görə yaranmışdı ki, Heydər Əliyev siyasi səhnədə deyildi və müstəqiliyimiz, dövlətimiz yıxılırdı. Xalqın baş verənlərdən çıxardığı ən böyük dərs o olmuşdu ki, bu həqiqəti hamılıqla dərk edib öz lideri ilə bütövləşmişdi.

Siyasi hakimiyyətə qayıtmaq üçün xalqın təkidli tələbinə böyük Heydər Əliyev sevgi və tarixi məsuliyyətlə cavab vermişdi. Tanrının xalqımıza lütfü olan Heydər Əliyev o zaman antimilli qüvvələrə, xarici düşmənlərə qarşı vahid cəbhə yaratmaqla göstərmişdi ki, xalq öz həqiqi lideri ilə bir yerdə olanda əyilməz, basılmaz gücə çevrilir. Unudulmaz Heydər Əliyev pərən-pərən olmuş, min bir əzabla əldə etdiyimiz müstəqilliyimiz təhlükədə olanda ölkəsinə və xalqına sahib çıxmışdı. Qədim dünya tribunu Siseronun əsrləri aşıb gələn deyimi: “Mən ya vətənimin azadlığı üçün yaşamalı, ya da onunla birlikdə məhv olmalıyam” – amalı Heydər Əliyevin öz xalqı üçün göstərdiyi misilsiz xidmətlərdə parlaq təcəssümünü tapıb. Çünki xalq sevgisi, Vətən təəssübü çəkmək kimi yüksək dəyərlər Heydər Əliyevin tale yazısı, İlahi qismətiydi. Elə buna görə də Ümummilli liderin xalqına bağışladığı ömür qüdrətli Azərbaycan dövlətinin qurulmasına xidmət etdi. Bu gün qüdrətinə arxalandığımız, varlığı, yenilməzliyi, bütövlüyü bizi xoşbəxt edən sevimli ölkəmiz Ulu öndərdən bizə mirasdır, qurucu liderin dövlətçilik strategiyası isə uğur, nicat yolumuzdur.

Dünyaya sevmək üçün gələnlərin qisməti həm də sevilmək olur. Tarix, zaman məhz belə ləyaqətli liderlərin çiynində bu günə gəlib çatıb.

Planetin dörd tərəfində yaşayan 50 milyonluq xalqımızın milli lideri Heydər Əliyev gerçəkdən dahi idi".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 May 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri