Icma.az
close
up
RU
Heydər Əliyev fenomenliyi Azərbaycan xalqını birləşdirdi ŞƏRH EDİLDİ

Heydər Əliyev fenomenliyi Azərbaycan xalqını birləşdirdi ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ümummilli Lider Heydər Əliyev hər şeydən öncə Azərbaycan xalqını, dövləti üçün həyati vacib əhəmiyyət kəsb edən resursları formalaşdırdı. Hər şeydən öncə Heydər Əliyevin nail olduğu ən böyük uğur və nəticə Azərbaycan xalqının milli birliyini təmin etməkdən ibarət olub. Həqiqətəndə müstəqilliyimizin ilk illərində dövlətçiliyimizə qarşı müxtəlif xarakterli təhlükələr mövcud idi. Bir tərəfdən təcavüzkar Ermənistan ölkəmizə qarşı işğalçılıq siyasətini həyata keçirirdi, həmçinin ərazi iddiaları ilə çıxış edirdi. Digər tərəfdən isə hakimiyyət uğurunda müxtəlif silahlı birləşmələrin qeyri-sivil mübarizəsi gedirdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, belə bir vəziyyətdə dövlətin məhvolma təhlükəsi olduqca real idi: "Sözsüz ki, bu müvafiq olaraq Azərbaycan xalqının həyatına təhlükə idi. Ona görə də Heydər Əliyev hər şeydən öncə öz ətrafında Azərbaycan xalqını birləşdirdi. Ümumiyyətlə Heydər Əliyev fenomenliyi Azərbaycan xalqını birləşdirdi və milli həmrəyliyi formalaşdırdı. Belə olan halda artıq milli ideyanıda formalaşdırıb onun həyata keçirilməsi istiqamətində addımlar atmaq imkanı da yarandı. Hər şeydən öncə Azərbaycan dövlətçiliyinin xilası prioritet məsələ idi. Həmçinin Ermənistanın işğalçılığının qarşısının alınması bu mənada çox vacib əhəmiyyət kəsb edirdi.

Lakin həmin dövrdə Azərbaycanın istər iqtisadi resurslar olsun, istər hərbi resursları kifayət qədər deyildi. Heydər Əliyevin iradəsi ilə 1994-cü lin may ayında Azərbaycanla Ermənistan arasında atəşkəs rejimini təmin edəcək "Bişkek" protokolu imzalandı. "Bişkek" protokolu hesab edirəm ki, bizim 44 günlük Vətən müharibəsindəki qələbəmizin ən vacib şərtini təşkil edirdi. Çünki atəşkəs rejimi təmin olunduqdan sonra milli iqtisadi sistem quruculuğu, dövlətin idarəolunma mexanizmləri formalaşdırılması, dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində addımların atılması imkanı yaranmış oldu. 1994-cü il sentyabr ayının 20-də yenə də Heydər Əliyevin iradəsi ilə, onun strateji baxışları sayəsində "Əsrin müqaviləsi" imzalandı. "Əsrin müqaviləsi" ölkəmizdə milli iqtisadi sistemin qurulmasının ən vacib sütununu təşkil etdi. Bundan sonra artıq ölkəmizə sərmayələr artmağa başladı, iqtisadi inkişaf üçün imkan yaranmış oldu. Azərbaycan sürətlə inkişaf etməyə başladı".

Politoloq qeyd edir ki, müstəqilliyimizin ilk illərində, yəni Heydər Əliyevin hakimiyyətinin ilk illərində sərəncamımızda olan imkanlar daxilində də iqtisadi inkişafın təmin olunması istiqamətində çox ciddi addımlar atılırdı: "Məsələn, Azərbaycanda kənd təsərrüfatının inkişafı imkanlarını daha real qiymətləndirən Heydər Əliyev bu sahənin inkişaf etdirilməsinə xüsusi diqqət yetirirdi. Təsadüfi deyil ki, 1995-ci ildə təxminən 5-6 dəfə kənd təsərrüfatının inkişafına həsr edilmiş geniş müşavirələr keçirilmişdi. İqtisadiyyatın digər sahələrinin də inkişaf etdirilməsi imkanlarının yaradılması ətrafında çox ciddi layihələr həyata keçirilirdi.

Sözsüz ki, hər bir dövlətin inkişafının və güc potensialının formalaşdırılmasının ən vacib komponentini onun ana qanunu olan konstitusiyası təşkil edir. 1995-ci ildə Heydər Əliyevin birbaşa rəhbərliyi altında Azərbaycan Respublikasının Konstitusiyası hazırlandı və Konstitusiyanın qəbulu prosesidə bir demokratiya nümayişi oldu. Konstitusiya ümumxalq səsverməsinə, yəni referenduma çıxarılmadan öncə ictimai müzakirələrə təqdim edildi. Yəni Azərbaycan xalqı, Azərbaycan cəmiyyətinin ayrı-ayrı təbəqələri konstitusiyanın hazırlanmasında çox yaxından iştiraketmə imkanlarına malik oldular. Bu isə o demək idi ki, konstitusiyada cəmiyyətdən gələn impluslar mütləq nəzərə alındı. Yəni bu əsl xalq konstitusiyası oldu. Bunun özüdə həmin dövrdə dövlətçiliyimizin sarsılmaz əsaslarının formalaşmasında çox mühüm rol oynamış oldu.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün dünyada tanıdılması istiqamətində Heydər Əliyev misilsiz rol oynamış oldu. Bizim əsas problemimiz müstəqilliyimizin ilk illərində başlayan ərazi bütövlüyü problemi idi. Ermənistan isə artıq ərazilərimizin bir qismini işğal etmişdi. Bun unla yanaşı beynəlxalq informasiya məkanında da işğala məruz qalmış Azərbaycanın mənfi obrazının yaradılması istiqamətində də erməni təbliğat maşını fəaliyyət göstərirdi. Amma Heydər Əliyev bu istiqamətdə özü tək başına vuruşurdu. Bəzən xəritə üzərində Ermənistanın işğalçılıq siyasətinin coğrafiyasını beynəlxalq ictimaiyyətə təqdim edirdi".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 May 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri