Icma.az
close
up
RU
Bu beş məsələ Milli Məclisin plenar iclasına tövsiyə olundu

Bu beş məsələ Milli Məclisin plenar iclasına tövsiyə olundu

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dekabrın 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA bildiriblər ki, komitənin sədri Azər Əmiraslanov gündəliyə 5 məsələnin daxil edildiyini söyləyib.

Əvvəlcə komitə sədri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) mahiyyəti barədə məlumat verib, sənədin zəruriliyini qeyd edib.

Layihəyə əsasən, qanuna alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması ilə bağlı yeni 29-1-ci maddənin əlavə edilməsi təklif olunur. Həmin maddəyə uyğun olaraq, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək.

Sonra Azər Əmiraslanov “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib.

Layihə bələdiyyə büdcəsinin gəlir və xərclərinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunmasını təsbit edir. Dəyişikliklərdə bələdiyyələrə ödənilən xidmət haqlarının və digər yığımlar üzrə hesablaşmaların da nağdsız qaydada həyata keçirilməsi təklif olunur.

Növbəti məsələni – “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Lotereyalar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov təqdim edib.

Nəzərə çatdırılıb ki, sənəddə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna uyğun olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunda müvafiq düzəlişin edilməsi təklif olunur.

Bununla yanaşı, sənəddə uyğunlaşma çərçivəsində bir sıra qanunlarda “Elektron hökumət portalı” sözlərinin “Elektron Hökumət İnformasiya Sistemi” sözləri ilə əvəz edilməsi və bəzi dəqiqləşdirmə xarakterli düzəlişlərin edilməsi də nəzərdə tutulur.

Gündəliyin digər məsələsi – “Avtomobil yolları haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verən Məhəmməd Bazıqov qeyd edib ki, layihə ödənişli avtomobil yollarından istifadə sahəsində qanunvericiliyin təkmilləşdirilməsini və ödənişli avtomagistrallardan istifadə qaydalarını pozan şəxslərin məsuliyyətinin hüquqi əsasının yaradılmasını nəzərdə tutur.

Sonra tədbirdə Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) nəzərdən keçirilib. Bildirilib ki, sənəddə yüksəkixtisaslı miqrantların əmək fəaliyyətindən ölkəmizdə səmərəli istifadə edilməsi və onların ölkəyə cəlb edilməsi prosesinin sürətləndirilməsi məqsədilə onlara və ailə üzvlərinə münasibətdə bir sıra güzəştlərin tətbiq edilməsi təklif edilir.

Layihədə yüksəkixtisaslı miqrantlara işgüzar səfər məqsədilə giriş vizasının verilməsi, onların müvəqqəti və daimi yaşamaq icazəsi verilən şəxslərin siyahısına salınması, Miqrasiya Məcəlləsinin 49.2-ci maddəsində müvəqqəti yaşamaq üçün nəzərdə tutulan müddətin onlara şamil edilməsi, mütəxəssis olduğu sahə üzrə fəaliyyət göstərən yüksəkixtisaslı miqrantların iş icazəsindən azad olması, habelə yüksəkixtisaslı miqrantın ərinə (arvadına) və 23 yaşına çatmamış övladlarına münasibətdə iş icazəsinin verilməsi üçün müəyyən edilən əmək miqrasiyası kvotasının tətbiq edilməməsi nəzərdə tutulur.

Komitə üzvləri gündəlikdəki 5 məsələnin hər birini Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Siyasət

Yalçın Rəfiyev Manama Dialoqu Forumunda iştirak edib

Siyasət

Əli Əsədov Fuat Oktayla görüşüb

Siyasət

“İlham Əliyev. İnkişaf - məqsədimizdir”-139-cu kitab çapdan çıxıb

Siyasət

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

Siyasət

İlham Əliyev Avropa Komissiyasının Prezidentini təbrik edib

Siyasət

İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidentini təbrik edib

Siyasət

ABŞ-nin Bakıdakı səfirliyi məlumat yayıb

Siyasət

Ceyhun Bayramov Azərbaycan tədqiqatları üzrə III Avropa Konfransında çıxış edib - YENİLƏNİB

Siyasət

BTQ və “One St. Martin Association” Əməkdaşlıq Memorandumu imzalayıb

Siyasət

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycandakı tolerantlığı müsbət dəyərləndirib - FOTOLAR

Siyasət

Ceyhun Bayramov III Avropa Azərbaycanşünaslıq Konfransında çıxış edib

Siyasət

Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul edib - FOTOLAR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Dekabr 2024 05:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri