Icma.az
close
up
RU
Daha üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə

Daha üç məsələ Milli Məclisin plenar iclasına tövsiyə

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, komitə sədri Sadiq Qurbanov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanın ev sahibliyi ilə yüksək səviyyədə təşkilindən bəhs edib. Komitə sədri iclasın birinci məsələsinin - “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) də COP29-un gündəliyinə uyğun olduğunu bildirib.
Belə ki, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” 2021-ci il 9 iyul tarixli Qanunun icrası ilə əlaqədar Enerji Effektivliyi Fondu yaradılıb. Bu qanun layihəsi də Fondun vəsaitlərinin formalaşma mənbələrinin genişləndirilməsi və ondan istifadə istiqamətlərinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Nəticədə, enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsi, həmçinin bərpaolunan enerji mənbələrindən istifadə üçün daha əlverişli şəraitin yaradılması, müvafiq sahənin dəstəklənməsi, təsərrüfat subyektlərinin fəaliyyəti nəticəsində ətraf mühitə mənfi təsirin qarşısının alınması kimi məsələlərin maliyyə təminatı bu vəsaitlər hesabına artacaq.
Layihənin detalları ilə bağlı deputatlara Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov məlumat verib. O bildirib ki, “Enerji Effektivliyi Fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Prezidentinin Fərmanına uyğun olaraq, layihədə yalnız tarifləri tənzimlənən enerji növlərinin deyil, eyni zamanda, qiymətləri tənzimlənməyən enerji növlərinin satışından ayrılan vəsaitin də Enerji Effektivliyi Fonduna köçürülməsinin hüquqi əsasları təsbit olunub.
Layihənin müzakirəsində deputat Vüqar Rəhimzadənin sualı cavablandırıldıqdan və Energetika nazirinin müavini Kamal Abbasovun fikirləri dinlənildikdən sonra sənəd birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Növbəti məsələni - “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsini Dövlət Neft Şirkətinin vitse-prezidenti Babək Hüseynov təqdim edib. O diqqətə çatdırıb ki, sənəd AÇG layihəsində sərbəst təbii qazın hasilatının hüquqi əsaslarını yaradır. SOCAR-ın vitse-prezidenti layihənin hazırlanması ilə bağlı görülən işlər, layihədə qazın hasilatı ilə bağlı nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
Layihənin müzakirəsində Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, komitə sədrinin müavini Fatma Yıldırım, Dövlət Neft Şirkətinin icraçı direktorunun müavini Ağaməmməd Sultanov çıxış ediblər. Sənəd Azərbaycanın uğurlu enerji siyasətinin, neft strategiyasının bir göstəricisi kimi dəyərləndirilib və baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra komitə sədri gündəliyin son iki məsələsi olan “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi və Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. O bildirib ki, üçüncü oxunuşda müzakirəyə çıxarılan qanun layihələrinin əvvəlki oxunuşlarında deputatlara ətraflı məlumat verilib.
Komitə üzvləri hər iki qanun layihəsini üçüncü oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://azvision.az
archiveBu xəbər 19 Noyabr 2024 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri