Icma.az
close
up
RU
Bu bəyanat İrəvanda kartları qarışdırdı Böyük plan üzə çıxdı (ŞƏRH)

Bu bəyanat İrəvanda kartları qarışdırdı Böyük plan üzə çıxdı (ŞƏRH)

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son dövrlər Ermənistanın həm Qərblə yaxınlaşmaq, həm də Rusiya ilə münasibətləri tam qoparmamağa çalışması regionda diqqətlə izlənilir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Rusiya ilə sağlam və tərəfdaşlıq ruhunda münasibətlər qurmaq niyyətindəyik” açıqlaması ilə İrəvanın balans siyasətini davam etdirmək istədiyi mesajını verdi. Bu yanaşmanın isə Cənubi Qafqazda geosiyasi münasibətlərə, regional layihələrə və güc mərkəzləri arasındakı təsir mübarizəsinə necə təsir edəcəyi maraq doğurur.
Məsələ ilə bağlı politoloq Tofiq Abbasov Demokrat.az-a bildirib ki, Ermənistan uzun illərdir balanslı və çoxvektorlu siyasət apardığını bəyan etsə də, reallıqda bu xəttin tam formalaşmadığı görünür:
“Çünki bir dövlət uzun müddət hansısa güc mərkəzinin təsiri altında fəaliyyət göstəribsə, onun müstəqil və balanslı siyasi kurs yürütməsi asan olmur. Bu baxımdan Ermənistanın zaman-zaman Azərbaycanın xarici siyasət modelini təkrarlamağa çalışdığı da müşahidə edilir. Rəsmi İrəvan həm Qərb, həm Şərq istiqamətində münasibətlər qurmağa cəhd göstərsə də, bu siyasətin nə dərəcədə səmimi və davamlı olduğu sual doğurur. Məsələnin əsas tərəfi ondan ibarətdir ki, Ermənistan rəhbərliyi artıq gələcək siyasi istiqaməti ilə bağlı daha aydın seçim etməlidir. Ölkənin hansı geosiyasi xəttə üstünlük verəcəyi, Qərb, Rusiya və digər güc mərkəzləri ilə münasibətləri hansı prinsiplər əsasında quracağı hələ də tam müəyyənləşməyib. Belə mürəkkəb proseslərdə siyasi liderlərin şəxsi nüfuzu və yanaşması xüsusi rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev illərdir ölkənin maraqlarını əsas tutaraq həm Qərb, həm də Şərq dövlətləri ilə bərabərhüquqlu münasibətlər qurulmasının vacibliyini açıq şəkildə ifadə edir”. Ermənistan isə daha çox situativ və fürsətçi siyasət yürütməkdə ittiham olunur.
O deyib ki, Azərbaycan tərəfi uzun illər ərzində Ermənistanla kompromis mühiti formalaşdırmağa, danışıqlar yolu ilə nəticə əldə etməyə çalışsa da, bu cəhdlər real nəticə vermədi:
“Sonrakı dövrdə isə Ermənistanda siyasi dəyişikliklər baş verdi. Keçmiş prezident Serj Sarkisyan parlament idarəçiliyi modelinə keçidlə hakimiyyətini qorumağa çalışdı. Daha sonra isə kütləvi proseslər fonunda Nikol Paşinyan hakimiyyətə gəldi. 2020-ci il müharibəsindən sonra Ermənistan məğlub olsa da, Paşinyanın yenidən xalq dəstəyi qazanması göstərdi ki, cəmiyyətin müəyyən hissəsi artıq uzunmüddətli qarşıdurmadan yorulub və daha fərqli yanaşma istəyir. Bunun fonunda Ermənistanın həm Avropa İttifaqına inteqrasiya meylləri göstərməsi, həm də Avrasiya İqtisadi Məkanında qalması diqqət çəkir. Bu ziddiyyətli siyasət hətta Vladimir Putin tərəfindən də açıq şəkildə sual altına qoyulub. Nikol Paşinyan hazırda həm Qərblə, həm də Rusiya ilə paralel münasibətlər saxlayaraq hər iki tərəfdən faydalanmağa çalışır. Xüsusilə Rusiyaya tətbiq edilən sanksiyalar fonunda Ermənistan üzərindən müxtəlif malların daşınması İrəvana iqtisadi üstünlüklər qazandırır. Bu vəziyyəti həm Rusiya, həm də Qərb görsə də, ciddi reaksiya vermir. Qarşıdakı siyasi proseslər, xüsusilə seçkilər Ermənistanda hakimiyyətin real potensialını və müxalifətin imkanlarını daha aydın göstərəcək. Hazırda isə Paşinyanın elektorat bazasının kifayət qədər güclü olduğu bildirilir. Regionda yaranan yeni geosiyasi və iqtisadi reallıqlar fonunda Ermənistanın da əməkdaşlıq və inteqrasiya imkanlarını düzgün qiymətləndirməsinin vacibliyi vurğulanır. Azərbaycan artıq regionda mühüm iqtisadi və siyasi potensial formalaşdırıb. Bu baxımdan Ermənistanın əlavə siyasi eksperimentlərdən daha çox regional əməkdaşlığa üstünlük verməsinin onun üçün daha faydalı ola biləcəyi qeyd edilir. Xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənistanın həm iqtisadi, həm siyasi, həm də regional subyektlik baxımından yeni mərhələyə keçməsinə imkan yarada bilər”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 May 2026 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri