Bu bina hər kəsi HEYRƏTLƏNDİRİR: 22 ci mərtəbədə şəhərcik salıblar VİDEO
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Çinin Chongqing şəhəri qeyri-adi memarlığı və mürəkkəb yol sistemi ilə yenidən diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərdə böyük maraq yaradıb.
Kadrlarda insanların sanki çoxmərtəbəli binanın 22-ci mərtəbəsində küçədə gəzdiyi görünür. İlk baxışdan inanılmaz təsir bağışlayan mənzərə şəhərin dağlıq relyefi və çoxsəviyyəli nəqliyyat infrastrukturu ilə əlaqədardır. Aşağı baxdıqda yolların, avtomobillərin və yaşayış binalarının ayaqların altında qaldığı görüntü insanlarda təəccüb doğurur.
32 milyondan çox əhalisi olan Çonqçin dünyanın ən böyük şəhər mərkəzlərindən biri hesab olunur. Şəhər xüsusilə çoxqatlı yolları, tunelləri, körpüləri və bir-birinin üzərindən keçən nəqliyyat xətləri ilə tanınır.
Mütəxəssislərin fikrincə, Çonqçindəki yol şəbəkəsi dünyanın ən mürəkkəb nəqliyyat sistemlərindən biridir. Hətta bəzi turistlər və sürücülər naviqasiya tətbiqlərindən istifadə etsələr belə, şəhərin küçələrində istiqaməti itirməyin mümkün olduğunu bildirirlər.
Sosial mediada yayılan görüntülər istifadəçilər arasında geniş müzakirələrə səbəb olub. Bir çoxları şəhəri "kompüter oyununun xəritəsinə" və ya "reallıqdan kənar bir məkana" bənzədərək heyranlıqlarını ifadə ediblər.
Hüseyn
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 07 İyun 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















