Icma.az
close
up
RU
Bu binalara qaz verilməyəcək: “qaz pulu” isə, görün, necə hesablanacaq...

Bu binalara qaz verilməyəcək: “qaz pulu” isə, görün, necə hesablanacaq...

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Azərbaycanda göydələnlərdə (ən azından, yeni tikiləcək) qaz əvəzinə elektrik enerjisindən istifadə edilməsi planlaşdırılır. Mənzillərin, suyun qızdırılması, yemək bişirmək – bütün sahələrdə elektrik enerjisi istəfadə olunacaq. Azərbaycan elektrik enerjisinin istifadəsini artırmaqla, təbii qaza qənaət rejiminə keçmək istəyir. Çünki ölkəmiz AB və Avropa Birliyinə daxil olmayan digər Avropa dövlətrinə yaxın 2 ildə qaz tədarükünü 2 dəfə artırma öhdəliyi götürüb.

Bakupost.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, bir çox ölkədə belə bir praktika var – yüksək mərtəbəli binalarda qaz təhlükə yaratdığına görə elektriklə əvəz olunur, hətta SSRİ-də də belə qayda mövcud idi:

“Amma hökumətlər belə qərar alırsa, o zaman sırf elektriklə təmin edilən, qaz xətləri olmayan binaların sakinlərinə, mənzil sahiblərinə elektrik enerjisi, ən azı, 50% güzəştlə satılır. Yəni, dövlət qərar verirsə ki, vətəndaşın evində qaz olmayacaq, o zaman bu qərarın bədəlini də ödəməli, elektrik enerjisinin qiymətini həmin mənzillər üçün ucuzlaşdırmalıdır.

Görünən odur ki, hökumət kommunal xidmətlər göstərən, təbii inhisarçı olan dövlət şirkətlərinə subsidiyaların verilməsini azaltmaq, sonra isə tamanən ləğv etmək istəyir. Məntiqini anlayıram, hətta doğru da sayıram.

Dövlət şirkətlərinə subsidiya niyə verilirdi? Çünki həmin inhisarçı şirkətlər iddia edirlər ki, xərcləri çoxdur, qazancları xərclərini qarşılamır. Xub, ola bilər, biznes məntiqi, iqtisadiyyat elmi belə vəziyyətdə nə deyir? Bəli, ilk növbədə xərclər kəskin azaldılmalıdır. Yaxşı, xərclər niyə çoxdur? Çünki tenderlər şəffaf deyil, satınalmalarda, təmir işlərində qiymətlər şişirdilir, mənasız ştatlar açılır, işçi sayı rəhbərliyin qohum-əqrabası hesabına artırılır. Deməli, ilk addım kimi məhz xərclər azaldılmalıdır, amma hökumət isə ilk addım kimi “sabit tarif siyasəti” elan etmək istəyir. Bu nə deməkdir? Qaz, işıq, su, istilik alan abunəçilər istifadə etdikləri, sayğacın göstərdiyi sərfiyyat qiymətindən əlavə aylıq abunə haqqı da ödəyəcəklər. Yəni, məsələn, vətəndaş ayda 20 manatlıq elektrik enerjisi istifadə edirsə, 20 manat + aylıq abunə haqqı ödəyəcək. Məhz buna görə mediada xəbərlər yayıldı ki, vətəndaş yaşamadığı mənzilə görə də ödəniş edəcək – bəli, sırf abunə haqqını ödəməli olacaq. Daha aydın olsun deyə, ev telefonu kimi düşünün – ev telefonundan istifadə etsəz də, etməsəniz də aylıq abunə haqqı ödəyirsiniz.

Gələk bizim şanlı təbii inhisarçılara: son məlumatlara görə “Azərqaz”ın 2,6 mln., “Azərişığ”ın 3 mln.-a yaxın, “Azərsu”yun 1,9 mln.-a yaxın abonenti var. Yəni, ölkə üzrə bu 3 təbii inhisarçının 7,5 mln. abonenti var. Əgər “sabit tarif” hər üçündə 2 manat olsa, aya 15 mln., ilə 180 mln. manat bizdən, vətəndaşdan əlavə pul yığacaqlar ki, büdcədən hər 3 quruma ödənilən subsidiyaları azaltsınlar.

Problem odur ki, dövlət paylayıcı şirkətləri heç vaxt effektiv olmayacaq, daim yeyinti və korrupsiya içində boğulacaqlar, deməli, paylayıcı şəbəkələr özəlləşdirilməli, dövlət ancaq istehsal, saxlanma və topransatışla məşğul olmalıdır.

Özəl şirkətlər də vətəndaş qarşısında məsuliyyətli olmalı, fərdi müqavilələr bağlamaqla öz günahlarından baş verən kəsintilərə görə vətəndaşa kompensasiyalar ödəməlidir. İndi dövlət şirkətlərinə vətəndaşın 5 manat borcu olsa, qazın-işığın verilməsini dayandırırlar, amma özləri vətəndaşa xəbər etmədən belə saatlarla, bəzən sutkalarla suyu, işığı, qazı kəsirlər, bəzən vətəndaşın məişət avadanlıqlarına da ziyan vururlar, amma fərdi müqavilələr olmadığına görə məsuliyyət daşımırlar, kompensasiya ödəmirlər...”


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 27 İyun 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri