Icma.az
close
up
RU
Yeni tikilən çoxmərtəbəli binalara qaz verilməyəcək? Narahatlıq yaradan suallara cavablar

Yeni tikilən çoxmərtəbəli binalara qaz verilməyəcək? Narahatlıq yaradan suallara cavablar

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclisdə müzakirələr zamanı energetika nazirinin müavini Elnur Soltanovun səsləndirdiyi fikirlər ciddi narazılıq yaradıb.

Oxu.Az xatırladır ki, E.Soltanov "İstilik təchizatı haqqında" yeni qanun layihəsindən danışarkən onun tətbiqindən sonra çoxmərtəbəli binalara təbii qazın daxil olmayacağını və evlərdə isti sudan istifadə üçün əsasən, elektrik enerjisindən istifadə ediləcəyini bildirib.

Bu fikrə sosial şəbəkələrdə münasibət bildirənlərin bir qismi qeyd edib ki, yeni tikilən binalara təbii qazın verilməməsi həmin binaların tam şəkildə elektrik enerjisi ilə təmin olunması deməkdir. Belə olduğu halda həmin binaların elektrik təminatında yüklənmələrin qarşısını almaq mümkün olacaqmı?

Bir qrup isə qaza nisbətdə elektrik enerjisindən istifadənin vətəndaşın maddi cəhətdən daha çox yüklənməsinə səbəb olacağını, münasib tənzimlənmə üsulunun tətbiqinin vacibliyini qeyd edib.

Məsələni araşdırmağa çalışdıq.

Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov Oxu.Az-a açıqlamasında bildirib ki, nazir müavininin söylədiyi fikirdə söhbət təbii qazın verilməyəcəyindən yox, yeni tikilən binaların mərkəzi istilik sistemi ilə təmin olunmasından gedir:

"Əslində, qanun layihəsi çoxmərtəbəli binalara təbii qazın daxil olmamasını nəzərdə tutmur. Elnur müəllimin demək istədiyi odur ki, yeni tikilən binalarda mərkəzi istilik sistemi tətbiq olunduqdan sonra artıq təbii qaza çox da ehtiyac qalmaya bilər. Təbii qazın verilişi dayandırılacaq deyə bir fikir yoxdur", - deyə C.Mikayılov bildirib.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Oxu.Az-a açıqlamasında bildirib ki, qaz təchizatı ilə bağlı gələn yeni qanun layihəsi hələ müzakirə olunmayıb. Yəqin ki, iyunun 10-dan sonra müzakirəyə çıxarılacaq.

"Müzakirədən sonra bu suallara cavab verə bilərik", - deyə komitə sədri vurğulayıb.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Vüqar Rəhimzadə isə Oxu.Az-a açıqlamasında müzakirə olunacaq sözügedən qanun layihəsi ilə bağlı ətraflı məlumat verib.

O ilk olaraq vurğulayıb ki, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf ölkəmizin əsas prioritetləri sırasındadır:

"Prezident İlham Əliyev Bakı Enerji Forumunun rəsmi açılış mərasimindəki çıxışında diqqəti bu məsələyə yönəldərək bizim yaşıl enerji gündəliyimizin çox geniş olduğunu bildirdi. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da bizim məsuliyyətimizi nümayiş etdirir. Son illər ölkəmizdə enerji sahəsində, xüsusən bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində layihələr həyata keçirilir. Həyata keçirilən siyasət nəticəsində enerji diversifikasiyası, yeni və qənaətcil texnologiyaların tətbiqi ilə enerji effektivliyində böyük irəliləyiş əldə olunub.

"İstilik təchizatı haqqında" qanun layihəsinə gəlincə, V.Rəhimzadə bir neçə gün əvvəl Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirə edilən bu layihənin vətəndaşların sosial rifahına, şəhərsalma proseslərinə və enerji təhlükəsizliyinə birbaşa təsir göstərən çox vacib sənəd olduğunu diqqətə çatdırıb.

"Müasir yanaşmalara uyğun hazırlanmış "İstilik təchizatı haqqında" qanun layihəsi istilik enerjisinin istehsalı, paylanması, satışı və istifadəsinə dair hüquqi, iqtisadi və təşkilati əsasları müəyyənləşdirir.

Bu layihədə mərkəzləşdirilmiş istilik sistemlərinin təkmilləşdirilməsi, fərdi istilik sistemlərinin hüquqi statusu, enerji resurslarından istifadədə səmərəliliyin artırılması və bərpaolunan enerji mənbələrindən istifadənin stimullaşdırılması məsələləri xüsusi yer tutub.

Eyni zamanda, layihə istilik təchizatı sektorunun səmərəli, təhlükəsiz və davamlı fəaliyyətini təmin etməklə dövlət-özəl tərəfdaşlığını, texniki tələblərin standartlaşdırılmasını və bazar mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutur. Hazırda müzakirə edilən bu qanun layihəsinin qəbulu istilik enerjisi təchizatı sahəsində keyfiyyətin yüksəlməsinə, binaların istilik təchizatı ilə bağlı bir çox məsələlərin effektiv həllinə kömək edəcək.

Bir daha qeyd etmək istərdim ki, qanun layihəsinin müzakirələrində əsas məqsəd vətəndaşların rifah halının yaxşılaşdırılması və ekoloji təhlükəsizliyin təmin edilməsidir. Belə ki, bu qanun layihəsi ilə daha sərfəli, təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı istilik təchizatı sistemlərinin tətbiqinə imkan yaranacaq, bundan əlavə, istilik təchizatı sektorunun inkişafı, istilik təchizatı obyektlərinin tikintisi, yenidən qurulması, istilik şəbəkələrinin təhlükəsizliyinin təmin edilməsi, habelə istilik enerjisi istehsalçılarının və istehlakçılarının maraqlarının qorunması təmin ediləcək", - deyə millət vəkili bildirib.

V.Rəhimzadə onu da vurğulayıb ki, bu məsələdə dövlət-özəl tərəfdaşlığı da vacib əhəmiyyət kəsb edir:

"Bu sahədə beynəlxalq təcrübə öyrənilib. Ona görə də çoxmənzilli binalarda mərkəzləşdirilmiş istilik sistemlərinin tətbiqi səmərəlilik və təhlükəsizlik baxımından daha əlverişlidir. "İstilik təchizatı haqqında" qanun layihəsi ilə istilik sistemlərinin idarəolunmasında daha çevik və fərdi yanaşma imkanları yaradılır ki, bu halda da tarif anlayışı əvvəlki qədər əhəmiyyət daşımayacaq.

Yəni vətəndaşlar bu məsələdə sərbəst seçim hüququna sahib olacaqlar - istər dövlət qurumuna, istərsə də alternativ təminatçılara müraciət edərək xidmət ala biləcəklər. Bina sakinlərinin birləşərək kooperativ şəkildə öz istilik sistemlərini idarə etməsi də mümkün olacaq. Təchizatçının seçilməsi mənzil mülkiyyətçilərindən asılı olacaq".

Deputat qanun layihəsinin qəbulundan sonra xüsusi olaraq gələcəkdə ucqar və inkişaf potensialı yüksək olan ərazilərdə istilik nasosları kimi yeni texnologiyaların tətbiqinin də nəzərdə tutulduğunu diqqətə çatdırmağı lazım bilib.

"Bu texnologiya Avropada da aktualdır. Gələcəkdə onun Qarabağda tətbiqi reallaşa bilər. Qarabağda mərkəzləşdirilmiş istilik sistemlərinin qurulması da qarşıda dayanan əsas vəzifələrdən biridir.

Bildiyimiz kimi, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Qarabağ və Şərqi Zəngəzur 2050-ci ilədək "xalis sıfır emissiya" bölgəmiz olacaq və bu, Azərbaycanın iqlim strategiyasına uyğun olaraq beynəlxalq miqyasda nümunə kimi təqdim edilir", - deyə deputat qeyd edib.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 İyun 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see350

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see174

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see156

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see141

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see139

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri