Icma.az
close
up
RU
Bu biznes sahələrində risk YÜKSƏKDİR Müflis olan şirkətlərin sayı ARTIR

Bu biznes sahələrində risk YÜKSƏKDİR Müflis olan şirkətlərin sayı ARTIR

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İqtisadiyyatın bütün sahələrində biznes fəaliyyəti ilə məşğul olmaq mümkün olsa da, heç də bütün sahələrdə eyni dərəcədə uğur əldə etmək mümkün olmur. Bunun əsas səbəbi həmin sahələrdə risk səviyyəsinin, gəlir əldə etmək imkanlarının, zərərin baş vermə ehtimalının fərqli olması ilə bağlıdır.


Sfera.az bildirir ki, bəzi iqtisadi fəaliyyət sahələrində risk çox yüksəkdir və bu sahələrdə zərərə uğramaq, müflis olmaq ehtimalları da yüksəkdir.   

Aparılan müxtəlif araşdırmalar göstərir ki, Azərbaycanda bəzi biznes sahələrində müxtəlif amillərin təsiri ilə zərər çox olur. 

Yüksək riskli sahələr arasında ilk sırada kənd təsərrüfatı gəlir. Kənd təsərrüfatı ilə məşğul olan şəxslər arasında müflis olanlara daha tez-tez rast gəlinir. Bunun müxtəlif səbəbləri var. Əsas səbəblər arasında su çatışmazlığını, iqlim dəyişikliyini, məhsul yığımı zamanı yüksək itkinin olmasını və aşağı məhsuldarlığı göstərmək olar.

Kənd təsərrüfatı istehsalçılarına, burada xidmət sektorunda fəaliyyət göstərənlərə verilən maliyyə dəstəyi və subsidiyaların azlığı, bazar şərtləri ilə bağlı çətinliklər və ixrac imkanlarının məhdudluğu da müflis olma riskini artırır. 

Riskli, müflis ehtimalı yüksək olan sahələrdən digəri turizmdir.

Turizmdə də müxtəlif amillərin təsiri ilə bizneslə məşğul olanların zərər görməsi ehtimalı yüksəkdir. Bu sahənin mövsümi asılılığı, infrastruktur və xidmət keyfiyyətində problemlər, xarici turistlərin cəlb edilməsi üçün təbliğatın yetərsizliyi turizmdə riskləri artıran amillərdəndir.  

Sənaye sahələrində də müflis olmaq ehtimalı güclüdür. İstehsalatla məşğul olan biznes qurumları yeni texnologiyanı tətbiq edə bilməmək, avadanlıqların köhnəlməsi, ixtisaslı kadr çatışmazlığı, xammal və resursların bahalılığı, satış bazarları uğrunda rəqabətin çətin olması səbəbindən daha tez iflasa uğraya bilərlər.  

Özəl təhsil sektorunda da biznes imkanları məhduddur. Hazırda Azərbaycanda ödənişli təhsilə maraq azdır. Ölkəmizdə cəmi 36 özəl məktəb var. Azərbaycan əhalisinin gəlirinin çox yüksək olmaması özəl təhsilin genişləndirilməsini çətinləşdirir. Ölkəmizdə baş verən iqtisadi dəyişikliklər bu cür biznes qurumlarının bağlanması ehtimalını artırır. 

Kiçik və orta biznesdə də müflis riski böyükdür.

Yüksək vergi yükləri, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının azlığı, böyük bizneslə rəqabət apara bilməmələri kiçik və orta bizneslə məşğul olanların işini daim çətinə salır, onlar arasında müflis olanlar çox olur.

Kiçik ticarətdə də müflisləşmə ehtimalı böyükdür. Son illərdə iri ticarət müəssisələrinin sayının artması kiçik ticarət obyeklərinin fəaliyyətini çətinləşdirib. Buna görə də, ticarətlə məşğul olanlar arasında müflisləşib bazardan çıxanlar çox olur. 

Bəs statistika nə deyir? Azərbaycanda hansı sahələrdə müflis olan, bağlanan təsərrüfat subyektləri çoxdur? 


Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin ilk 9 ayı ərzində Azərbaycanda 459 statistik vahid ləğv edilib. Ləğv edilənlər bütün statistik vahidlərin 0,2 faizini təşkil edib. 


Qeyd edək ki, mövcud olan statistik vahidlərin 94 faizdən çoxu xüsusi mülkiyyətdə olanlardan ibarətdir. 


Rəsmi məlumata əsasən, daha çox ləğv edilmə maliyyə və sığorta sahəsində (bütün müəssisələrin 2,6 faizi), daşınmaz əmlakla bağlı əməliyyatlarda (müəssisələrin 0,6 faizi), təhsildə (0,4 faiz), mədənçıxarma sənayesində qeydə alınıb. 


Say baxımından isə ləğv edilən statistik vahidlərin 14,2 faizi “Maliyyə və sığorta fəaliyyəti”, 13,7 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 11,1 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 10 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 8,3 faizi “Tikinti” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.

Ləğv edilən müəssisələrin əksəriyyəti məhz bizneslə məşğul olanlardır. Həmin müəssisələrin hansı səbəbdən bağlandığını göstərən məlumatlar isə açıqlanmır. 

Vasif

Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 Yanvar 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri