Yaponiyada müflis olan şirkətlərin sayı ARTIR Rekord təkrarlanır
Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2024-cü ildə Yaponiyada iflas olan şirkət sayı son 11 ilin rekord həddinə çatıb.
Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, bununla bağlı məlumat “Tokyo Shoko Research” tərəfindən dərc edilən hesabatda öz əksini tapıb.
Hesabata əsasən, 2024-cü ildə Yaponiyada iflas olan şirkətlərin sayı 10 000-i keçərək 2013-cü ildən bəri ən yüksək səviyyəyə çatacaq.
Yaponiya Mərkəzi Bankının (BOJ) qarşıdan gələn iclası öncəsi kritik məsələlərdən biri kimi şirkətlərin vəziyyəti və ümumilikdə iqtisadi fəaliyyət önə çıxır. Tədqiqat şirkətinin hesabatına görə, noyabrda 841 Yaponiya şirkəti müflis olub və iflas olan şirkətlərin sayı yanvar-noyabr aylarında 9164-ə çatıb. 2013-cü ildə Yaponiyada 10 min 855 şirkət iflas etmişdi. 2013-cü ildən bəri ilk dəfə olaraq 10 min həddinin keçiləcəyi ehtimal edilir.
Vasif
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 09 Dekabr 2024 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















