Icma.az
close
up
RU
Bu boşluqlar yeniyetmələri aqressiyaya sürükləyir Mütəxəssis DANIŞDI

Bu boşluqlar yeniyetmələri aqressiyaya sürükləyir Mütəxəssis DANIŞDI

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Təəssüflər olsun ki, son zamanlar cəmiyyətimizdə yeniyetmə və gənclərin bir-birlərinə qarşı qeyri-etik davranışlarının, nümayiş etdirdikləri aqressiyanın tez-tez şahidi oluruq. Əlbəttə ki, bu aqressiya halları və davranış formaları birdən-birə yaranmır. Bütün bunlar yeniyetmələrin daxili dünyasında diqqətdən kənarda qalan məqamların təzahürüdür. Onlar uzun müddət görülməyən, eşidilməyən və düzgün istiqamətləndirilməyən emosiyalarını artıq bu formada büruzə verirlər".

Bu barədə Redaktor.az-a açıqlamasında pedaqoq, Valideyn Məktəbinin təsisçisi, "Green Start Academy" Təlim və İnkişaf Mərkəzinin rəhbəri Aysel Rəsulzadə Bakıda məktəbdə bir şagirdin digər şagirdin üzərinə spirt tökərək alışqanla yandırmasından danışarkən bildirdi.

"Biz cəmiyyət olaraq, hər hansı bir davranış pozuntusu ilə qarşılaşdıqda istər ailədə, istərsə də məktəbdə dərhal cəzalandırma üsullarına əl atırıq. Üstəlik bu cəza metodları heç də yumşaq olmur. Hesab edirik ki, sərt cəza tətbiq etsək, uşaq qorxacaq, çəkinəcək və həmin davranışı bir daha təkrarlamayacaq. Lakin reallıq fərqlidir: uşaqları cəzalandırmaqdan əvvəl onları düzgün anlamaq, yönləndirmək və bu davranışın kökündə dayanan səbəblər üzərində işləmək lazımdır" - deyən müsahibimizin sözlərinə görə, cəmiyyət olaraq bu sahədə müəyyən məlumatsızlıq və savadsızlıq yaşayırıq:

"Bir çox yeniyetmə qəzəbini necə idarə edəcəyini, hisslərini sözlərlə necə ifadə edəcəyini bilmədiyi üçün fiziki aqressiyaya meyil edir. Bu isə cəmiyyətdə faciəvi hadisələrlə nəticələnir. Uşaqların nümayiş etdirdiyi şiddət sonradan qazanılmış bir davranışdır. Əgər uşaq evdə, məktəbdə və ya ətraf mühitdə aqressiya görürsə, bunu mənimsəyir. Xüsusilə sosial mediada, videolarda və ya oynadığı oyunlarda davamlı olaraq zorakılıq səhnələri ilə qarşılaşan yeniyetmə, hansısa problem zamanı məhz bu cür reaksiya verməli olduğunu düşünür. Bir müddət sonra şiddət onun üçün adi bir davranış normasına çevrilir".

Pedaqoqun fikrincə, valideynlər və böyüklər uşaqlarda empatiya hissini çox aşağı səviyyədə formalaşdırır:

"Onlarla vaxt keçirib qarşısındakı insanın yerinə özünü qoymağın önəmini izah etmirik. Bir uşaq başqasına zərər verərkən onun çəkdiyi ağrını və hərəkətinin nəticəsini dərk etməlidir. Bunun üçün yüksək empatiya hissi tələb olunur. Bu gün gənclərin çoxu hərəkətlərinin sonunu düşünmür, çünki bu onlara nə ailədə, nə də məktəbdə dərindən izah edilmir. Faciəvi hadisələrdən sonra həmin yeniyetmələrlə danışdıqda görürük ki, hamısı peşmançılıq keçirir. Sadəcə, nəticəni öncədən proqnozlaşdıra bilməyiblər".

Həmsöhbətimiz əlavə etdi ki, valideynlərin yol verdiyi digər bir xəta isə övladlarına sevgini verib, davranış sərhədlərini müəyyən etməmələridir:

"Biz böyüklər, valideynlər, pedaqoqlar və psixoloqlar uşaqlarla bu cür riskli davranışların fəsadlarını nə dərəcədə müzakirə edirik? Çox vaxt bu xəbərləri sadəcə oxuyub keçirik və ya laqeydlik göstəririk. Laqeyd tərbiyə və sərhədsiz sevgi ilə böyüyən gənclər isə özlərini sübut etmək və diqqət çəkmək üçün bu cür riskli yollara əl atırlar. Bu, təkcə uşağın problemi deyil, bu, ailənin, məktəbin və cəmiyyətin birgə həll etməli olduğu məsələdir. Valideyn-şagird-müəllim üçbucağı sağlam qurulmalıdır".

O, qeyd etdi ki, valideynlər bu nüanslara diqqət etməlidir.

"Təhsildən öncə tərbiyə: Valideyn və müəllim uşağın daxili dünyasını tanımasına, emosiyalarını ifadə etməsinə yol göstərməlidir.

Hadisələrə erkən müdaxilə: Kiçik bir aqressiya halı belə görüldükdə vaxtında məktəb psixoloquna və ya mütəxəssisə müraciət edilməlidir.

Psixoloji profilaktika: Məktəblərdə profilaktik işlər gücləndirilməli, şagirdlər üçün güvənli ünsiyyət mühiti yaradılmalıdır.

Hazırda evlərdə ünsiyyət minimuma enib, hamı vaxtını ailə üzvləri ilə danışmaq yerinə telefonla keçirir. Məktəbdə isə uşağın daxili aləmindən çox, yalnız tədris göstəriciləri diqqət mərkəzindədir. Bu boşluqlar yeniyetmələri aqressiyaya sürükləyir ki, bu da sonda bütün cəmiyyətin faciəsinə çevrilir", - deyə Aysel Rəsulzadə vurğuladı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Aprel 2026 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri