“BU, BÖYÜK BİR AYIBA ÇEVRİLİB...” “Gətirilən 3 səbəbin heç biri keçərli deyil”
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Məlum olduğu kmi, son qərarla Azərbaycanın quru sərhədlərinin bağlı saxlanması gələn il aprelin 1-dək davam edəcək. Pandemiya dövründən bir neçə il keçsə də, Azərbaycan karantin adı altında sərhədləri bağlı olan nadir ölkə olaraq qalır.
“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu mövzuyla bağlı maraqlı paylaşım edib.
N.Cəfərli yazır: “Quru sərhədlərin bağlı qalması sirri 2026-cı ilin, ən azı, aprelin 1-nə qədər davam edəcək. Azərbaycanda vətəndaşların konstitutsiya hüquqlarının, formal olaraq “Operativ Qərargah” adlı qeyri-konstitusion qurum tərəfindən məhdudlaşdırılması artıq məmləkət adına böyük bir ayıba çevrilib.
Bu günə qədər 3 əsas səbəb haqqında danışılır:
1) “Quru sərhədlərinin bağlı qalması AZAL-a görədir, bu şirkət qazanır” – yanlış və mənasız tezisdir.
Quru sərhədlər açıq olanda, Gürcüstan Avropa, Asiya, Türkiyə reysləri yox idimi? Vardı. Quru sərhədlərin bağlı olması ən çox hansı istiqamətdə AZAL-a gəlir gətirir? Bəli, Gürcüstan, Tiflis uçuşlarında. Yaxşı, həftədə Gürcüstana neçə reys var? Cəmi 5 reys var, bəzən 6 reys də olur. Bir təyyarədə neçə sərnişin uça bilər? Ortalama, 150 sərnişin uçur. Bayram və tətil günlərini kənara qoysaq (bu günlərdə bilet baha olur), adi günlərdə gediş-dönüş biletləri 300 manat civarındadır. Beləliklə, AZAL xərcləri çıxandan sonra İDEAL şəraitdə günə 125 min manat, aya 3 mln. 750 min, ilə 45 mln. manat, yəni, 25-26 mln. dollar pul qazana bilər. Amma, nəzərə alın ki, quru sərhədlər açıq olanda da Tiflisə gündə 4-5 reys var idi, təyyarə ilə uçanların sayı heç də az deyildi. Yəni, AZAL ilə 25 mln. dollar pul qazanacaq deyə quru sərhəddi bağlı saxlamaq absurddur, deməli, səbəb bu deyil. Hə, əvvəllər Tiflisə gedib ordan Avropaya uçanlar da olurdu, indi sərhəd açıq olsa da, bunu etməzlər, çünki AZAL-ın Avropa biletləri Gürcüstandan baha deyil, aşağı-yuxarı eynidir, bəzən isə hətta ucuzdur.
2) “Quru sərhədlər təhlükəsizlik məsələsinə görə bağlıdır” – Azərbaycan adına bundan pis tezis ola bilməz.
Bizim ordumuz, təhlükəsizlik orqanlarımız çox güclüdür, elədirsə, bizdən qat-qat zəif olan Gürcüstan və Ermənsitan niyə bu səbəbdən sərhədini bağlı saxlamır?! Ukraynaya təcavüz edən Rusiya, varolma mücadiləsi verən Ukrayna belə sərhəddini bağlamayıb, bizə nə düşüb ki, belə bir səbəbdən sərhədi bağlı saxlayırıq?! Ayıb olur axı.
3) “Quru sərhədlər ona görə bağlıdır ki, ölkədən nəğd valyuta çıxışı azalsın, sərhədyani ticarət olmasın” – bu tezisi müdafiə edənlərin iqtisadiyyatdan başı çıxmır, onlar anlamırlar ki, “toplananların yerini dəyişəndə, cəm dəyişmir”.
Yəni, adi misalla izah edim: Tutalım, Gürcüstana əvvəllər Mamed dayı və Asya xala keçib, məsələn, 100 dollarlıq pampers alıb gəlirdilər, onun yarısını özləri, ailələri istifadə edirdi, yarısını satıb bir az qazanırdılar. Məsələ odur ki, o 100 dollarlıq pampersə tələb yerindəcə qalıb axı, yəni, Mamed dayı ilə Asya xala indi Gürcüstana getmir, həmin malı marketdən alır. Yaxşı, market o pampersi hardan alır? Bəli, ölkəyə mal gətirən şirkətdən. O şirkər malı nə ilə gətirir? Tapdız, elə həmin 100 dolları xaricə göndərib mal alır, sadəcə, Mamed dayı və Asya xala Gürcüstandan 12-13 manata aldığı pampersi, Azərbaycanda 18-19 manata alır. Heç nə dəyişmir, həmin 100 dollar yenə ölkədən çıxıb-gedir. Hə, hələ onu da deyim ki, quru sərhədlərin açıq olması Azərbaycanı da ciddi qazandıra bilər, turizm və sərhədyanı ticarət ölkəmizə qazandırırdı, indi o da yoxdur.
Özünüz baxın, sərhədlərin bağlı olması ilə bağlı səsləndirilən hər 3 səbəb, bəhanə keçərli deyil axı. Yaxşı, o zaman bu sirri kim açıqlayacaq, kim normal açıqlama verib, bu ayıbı, heç olmasa, izah etməyə çalışacaq?! Gürcüstanda yaşayan yüzminlərlə soydaşımızın bu 5 ildə nə zülm çəkdiyini bizim hökumət anlamırmı? Bu məsələnin sosial, hətta psixoloji problemlər yaratdığını görmürmü? Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycana arxa-dayaq, fəxr, qürur mənbəyi kimi baxırlar, onları incitmək bizim hansı işimizə yarayır ki?!”
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 27 Dekabr 2025 08:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















