Icma.az
close
up
RU
Bu çaylara hətta az miqdarda sel suları gəldikdə, çay məcrasından çıxır... Deputatdan ÇAĞIRIŞ

Bu çaylara hətta az miqdarda sel suları gəldikdə, çay məcrasından çıxır... Deputatdan ÇAĞIRIŞ

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Son illərdə dövlət başçısının diqqəti nəticəsində Zaqatala və Balakən rayonlarında yol, enerji, təhsil, səhiyyə, kənd təsərrüfatı və turizm üzrə turizm sahələri üzrə yüzlərlə layihə həyata keçirilib. Bu investisiyalar bölgəmizi həm iqtisadi, həm sosial cəhətdən daha da güclü edib. Bu gün bizim qarşıda duran əsas vəzifə görülən işlərin davamlılığını və regionun strateji potensialının tam reallaşdırılmasıdır. Eyni zamanda bölgənin ən vacib hesab etdiyim problemini bir daha səsləndirmək istərdim".

Redaktor.az xəbər verir ki, bunu deputat Azər Kərimli Milli Məclisdə keçirilən büdcə müzakirələri zamanı bildirdi.

"Belə ki, son illərdə Tala, Katex və Muxax çaylarının mənbəyindəki dağ yamaclarında torpaq eroziyası artdığından sel sularının gətirdiyi daş, qum alıqları çay yatağının dondurulması nəticəsində çay yataqlarının səviyyəsi ətraf ərazilərə nisbətən 2-3 metr yuxarı qalxıb.

Nəticə etibarilə yuxarıda qeyd olunan çaylara hətta az miqdarda sel suları gəldikdə çay məcrasından çıxır, əkin və bağ sahələrinə daxil olaraq torpaq eroziyasına səbəb olur. Bu çayların mənsəbinə yaxın meşəlik ərazilərdə sıx bitki örtüyünün inkişafı isə çayların məcrasının dəyişməsinə səbəb olur.

"Yerin təki haqqında" Azərbaycan Respublikasının qanununa əsasən, çay yataqlarında yerləşən qum-çınqıl qarışıqları yer təkinin faydalı qazıntısı sayılır və onların çıxarılması üçün dövlətin xüsusi icazəsi lazımdır. Və icazəsiz çıxarılması qanunsuz sahibkarlıq və yer təkinin qanunsuz istismarı kimi qiymətləndirilir.

Su Məcəlləsinin 79 və 80-ci maddələrinə əsasən isə su obyektlərində tikinti və material hasilatı yalnız müvafiq icazə ilə mümkündür. Əks halda bu fəaliyyət qadağandır", - deyə o, qeyd etdi.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Dekabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri