Uşaqlarınıza bu adları qoymayın! Deputatdan ÇAĞIRIŞ
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
“Milli adlar və soyadlar mövzusu illərdir müzakirə olunur. Müəyyən irəliləyişlər olsa da, durum arzu olunan səviyyədə deyil”.
Globalinfo.az xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib.
O bildirib ki, hər kəsin övladına, yaxınlarına fərdi ad seçimi hüququna hörmətlə yanaşmaqla yanaşı, doğru nümunələrin təbliği və təşviqi çox vacibdir:
“Burada ictimai mühitdə tanınmış insanların nümunəvi davranışları önəmlidir. Ərəb, fars, rus, ingilis, yunan, latın, moltanı və sair adların təkrar olaraq yaşayan nəsillərə ötürülməsi ənənəsindən qurtulmaq üçün təbliğatı gücləndirməliyik. Nümunə üçün qeyd edim ki, həm övladlarıma, həm də nəvəmə milli ad qoyulmasını birmənalı şəkildə təmin etməklə yanaşı, yaxınlarımı, çevrədəki ərkim keçən insanları də istər dini, istər başqa xarakterli ərəb, fars, rus, ingilis, latın, yunan və sair adları qoymaqdan çəkinməyə çağırıram.
Soyadlarına bu yöndə düzəliş etmək çətindir, orada “ov”, “yev”i təmizləsən də, milliləşdirmək mümkün olmur. Heç olmazsa, bundan sonra gələn nəslin adlarınının saflığnı qorumağa çalşaq”.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 19 Aprel 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















