Icma.az
close
up
RU
“Bu çempionatın hakim idarəçiliyində ciddi problemlər var idi

“Bu çempionatın hakim idarəçiliyində ciddi problemlər var idi

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanlı keçmiş hakim Rüstəm Rəhimov futbol üzrə dünya çempionatında hakim iradəçiliyindən narazı qalıb.

Sportal.az xəbər verir ki, ümumittifaq dərəcəli referi bu barədə "report"a açıqlama verib.

O, DÇ-2026-da ədalət təmsilçilərinin işini qiymətləndirib: "Dünya çempionatında hakim idarəçiliyindən narazı qaldım. Məsələn, Argentinanın İngiltərə ilə yarımfinal matçında səhvlər var idi. Lionel Messi ötürmə verməmişdən əvvəl rəqibin ayağını tapdalayaraq qaydanı pozmuşdu. Belə epizodlarda VAR hakimi niyə çağırmadı? Finalda oyun penaltilər seriyasına getsəydi, Argentina qalib gələcəkdi. Hakimliklə bağlı çoxlu problemlər var idi. Argentinanın 9 referisi mundiala dəvət almışdı. Niyə başqa ölkələrə şans verilmədi? Azərbaycan, Gürcüstan və digər ölkələri də nəzərə almaq olardı. Hakim səhvləri həmişə olub və olacaq. Amma bir komandanın xeyrinə çox olanda narazılıqlar artır".

R.Rəhimov builki mundialın ilk dəfə 48 komandanın iştirakı ilə keçirildiyini xatırladıb: "Beləliklə, oyunların da sayı artmışdı. Bu, bir tərəfdən futbolun daha geniş vüsət alması üçün yaxşıdır. Amma eyni zamanda, böyük problemlər ortaya çıxdı. Güclü komandaların zəif yığmalara qarşı matçlarında haqsızlıqlar oldu. Əbəs yerə ən çox narazılıqlar Argentinanın oyunlarına görə olmurdu. Ən əsası bəzi islam ökələri də haqsızlıqla üzləşdilər. Amma güclü kollektivlərin nisbətən zəif millilərlə matçları bərabər səviyyədə keçirdi. Çempion İspaniya birinci qarşılaşmada Kabo Verdeni məğlub edə bilmədi. Sonradan haqsızlıqlar başladı. Bəlkə də FIFA daha güclü komandaların həlledici mərhələlərə vəsiqə qazanmasında maraqlı idi. Burada marketinq də önəmli rol oynayır".

Keçmiş hakim Argentina futbolçularının bir neçə matçda kobud oynadığını sözlərinə əlavə edib: "Kobud oyunların qarşısı alınmırdı, vərəqələr verilmirdi. Belə hallara görə həmin yığma insanların gözündə düşürdü. 1/4 finalda Misirlə görüşdə hakim səhvləri var idi. Amma finalda Argentina necə oynadı? Üç dəfə mundialın final matçlarına stadiondan canlı baxmışam. Finalda belə zəif çıxış edən komanda görməmişdim. 90 dəqiqə ərzində qapıya zərbə vurmadılar".

İspaniya yığması DÇ-2026-nın finalında əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə üstələyib.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://sportal.az
archiveBu xəbər 23 İyul 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri